Məhkəmə qərarları › İş №3(004)-2054/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2054/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2054/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rajabimatak Mohsenin və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə İran İslam Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Rajabimatak Mohsenin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rajabimatak Mohsenin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 22 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 722/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Rajabimatak Mohsendən müştərək qaydada 300000 ABŞ dolları, "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4951/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 44189.42 manat cavabdeh Rajabimatak Mohsenndan tutularaq iddiaçı “X10” Bakı filialına xeyrinə ödənilməlidir. Bununla bağlı borclu tərəfindən icra məmurunun tələbləri yerinə yetirilmir. Nəticədə borclu Rajabimatak Mohsen tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-722/2017 nömrəli icra vərəqəsinə əsasən X3 500 000 (beş yüz min) ABŞ dolları, bu pul vəsaitini xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək banka əmanət kimi qoyması nəticəsində onun faiz qismində əldə etdiyi 91 883 (doxsan bir min səkkiz yüz səksən üç) ABŞ dolları, həmçinin 15 aprel 2013- cü il tarixdən 15 iyun 2016-cı il tarixədək olan dövrdə 500 000 (beş yüz min) ABŞ dollarını qanunsuz olaraq özündə saxladığına görə illik 5 faizlə (bank uçot dərəcəsi) hesablanmaqla 58 300 (əlli səkkiz min üç yüz) ABŞ dolları məbləğində pul, yəni cəmi 650 183 (altı yüz əlli min yüz səksən üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq "xxxx" MMC-nə ödənilsin. X3 və Rajabimatak Mohsendən müştərək qaydada 300 000 (üç yüz min) ABŞ dolları İran İslam Respublikasının hüquqi şəxsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, məhkəmə xərclərinə görə isə 47 (qırx yeddi) manat "xxxx" MMC-nin xeyrinə qət edilmişdir. İcra sənədi üzrə icraata 12 mart 2018-ci il tarixli qərarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4951/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdehlər X4 və X1 müştərək qaydada 39437,72 (otuz doqquz min dörd yüz otuz yeddi manat yetmiş iki qəpik) manat əsas borc və 4751,70 (dörd min yeddi yüz əlli bir manat yetmiş qəpik) manat faiz borcu, cəmi 44189,42 (qırx dörd min bir yüz səksən doqquz manat qırx iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "X10" Bakı filialının xeyrinə tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata 12 noyabr 2019-cu il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Rajabimatak Mohsen Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Rajabimatak Mohsen öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, 300000 ABŞ dolları hissədə olan borcu qəbul etmir. Ölkədən çıxışına qadağa qoyuldğundan ölkədən çıxaraq pul qazanıb borcunu ödəyə bilmir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rajabimatak Mohsenin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Rajabimatak Mohsenin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-722/2017 saylı icra sənədinə əsasən X3 500 000 (beş yüz min) ABŞ dolları, bu pul vəsaitini xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək banka əmanət kimi qoyması nəticəsində onun faiz qismində əldə etdiyi 91 883 (doxsan bir min səkkiz yüz səksən üç) ABŞ dolları, həmçinin 15 aprel 2013-cü il tarixdən 15 iyun 2016-cı il tarixədək olan dövrdə 500 000 (beş yüz min) ABŞ dollarını qanunsuz olaraq özündə saxladığına görə illik 5 faizlə (bank uçot dərəcəsi) hesablanmaqla 58 300 (əlli səkkiz min üç yüz) ABŞ dolları məbləğində pul, yəni cəmi 650 183 (altı yüz əlli min yüz səksən üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq "xxxx" MMC-nə ödənilsin. X3 və Rajabimatak Mohsendən müştərək qaydada 300 000 (üç yüz min) ABŞ dolları İran İslam Respublikasının hüquqi şəxsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, məhkəmə xərclərinə görə isə 47 (qırx yeddi) manat "xxxx" MMC-nin xeyrinə qət edilmişdir. İcraata başlama haqqında 12 mart 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Rajabimatak Mohsenna ünvanladığı tələbin könüllü icrası haqqında 12 mart 2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 722/2017 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Rajabimatak Mohsenna xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4951/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdehlər X4 və X1 müştərək qaydada 39437,72 (otuz doqquz min dörd yüz otuz yeddi manat yetmiş iki qəpik) manat əsas borc və 4751,70 (dörd min yeddi yüz əlli bir manat yetmiş qəpik) manat faiz borcu, cəmi 44189,42 (qırx dörd min bir yüz səksən doqquz manat qırx iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "X10" Bakı filialının xeyrinə tutulması qət edilmişdir. İcraata başlama haqqında 12 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Rajabimatak Mohsenna ünvanladığı tələbin könüllü icrası haqqında 12 noyabr 2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4951/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Rajabimatak Mohsenna xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-722/2017 saylı icra sənədinə əsasən X3 500 000 (beş yüz min) ABŞ dolları, bu pul vəsaitini xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək banka əmanət kimi qoyması nəticəsində onun faiz qismində əldə etdiyi 91 883 (doxsan bir min səkkiz yüz səksən üç) ABŞ dolları, həmçinin 15 aprel 2013- cü il tarixdən 15 iyun 2016-cı il tarixədək olan dövrdə 500 000 (beş yüz min) ABŞ dollarını qanunsuz olaraq özündə saxladığına görə illik 5 faizlə (bank uçot dərəcəsi) hesablanmaqla 58 300 (əlli səkkiz min üç yüz) ABŞ dolları məbləğində pul, yəni cəmi 650 183 (altı yüz əlli min yüz səksən üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq "xxxx" MMC-nə ödənilsin. X3 və Rajabimatak Mohsendən müştərək qaydada 300 000 (üç yüz min) ABŞ dolları İran İslam Respublikasının hüquqi şəxsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, məhkəmə xərclərinə görə isə 47 (qırx yeddi) manat "xxxx" MMC-nin xeyrinə qət edilmişdir. İcra sənədi üzrə 12 mart 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4951/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdehlər X4 və X1 müştərək qaydada 39437,72 (otuz doqquz min dörd yüz otuz yeddi manat yetmiş iki qəpik) manat əsas borc və 4751,70 (dörd min yeddi yüz əlli bir manat yetmiş qəpik) manat faiz borcu, cəmi 44189,42 (qırx dörd min bir yüz səksən doqquz manat qırx iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "X10" Bakı filialının xeyrinə tutulması qət edilmişdir. İcra sənədi üzrə 12 noyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmiş və izahatında bildirmişdir ki, maddi imkanının zəif olması ilə əlaqədar ödəniş edə bilməmişdir. İcra sənədi bugünədək tam icra olunmur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Rajabimatak Mohsenin icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Rajabimatak Mohsenin əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Rajabimatak Mohsenin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Rajabimatak Mohsenin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Rajabimatak Mohsenin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Rajabimatak Mohsenə göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Rajabimatak Mohsenə göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Rajabimatak Mohsen Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Rajabimatak Mohsenə göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar