Məhkəmə qərarları › İş №3(004)-2055/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2055/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2055/2020 09.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Qazax rayonunun Alpoud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, Qazax rayonunun Alpoud kəndindəqeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(Bundan sonra İXMnin) 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət X4 (DYPİ) tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmişmateriala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki,Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:40 radələrində “Opel Astra” (minik) markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zərdabi küçəsində hərəkətdə olarkən, yol nişanlarının və ya yol hərəkəti hissəsinin işarələrinin tələblərini pozmuş və yoxlama zamanı onun həmçinin avtomobili sərxoş halda idarə etməsi müəyyən olunmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə)maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə saat 14:40 radələrində “Opel Astra” (minik) markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zərdabi küçəsində hərəkətdə olarkən, yol nişanlarının və ya yol hərəkəti hissəsinin işarələrinin tələblərini pozması səbəbindən Bakı şəhər BPİ-nin DYPİ-nin polis inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun sərxoş olması müəyyən edilmişdir. O, tərəfindən törədilmiş xətanı etiraf edir, belə ki, həmin vaxt ailə üzvləri üçün təcili dərman vasitəsinin alınması zərurəti yarandığından içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məcburiyyətində qalmışdır. O, ilk dəfə inzibati xəta törətməsini, törətdiyi inzibati xətaya görə peşimançılıq hissi keçirdiyini, taksi fəaliyyəti ilə məşğul olmaqla fərdi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini, ailənin yeganə qazanc mənbəyi olduğunu bildirərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar olmayan yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsAzərbaycan Respublikasının İXM-nin327.1 və 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarınaolanxx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə “Opel Astra” markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək avtomobili sərxoş halda idarə etmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli 2/12862 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs sərxoş vəziyyətdə olmuşdur (0,61promilli). İş materiallarında olan AE seriyalı 321738 nöməli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və həmin sürücülük vəsiqəsi ona xx xxxx 2016-cı il tarixdən verilməklə xx xxxx 2026-cı il tarixədək etibarlıdır. İş materiallarında olan AD seriyalı 767842 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” (minik) markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə Şəxs məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin uçotu haqqında şəhadətnamə”dən müəyyən edilir ki, Şəxs ********** nömrəsi altında fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında Şəxs xx xxxxxx 2020-ci il tarixdə mülkiyyətində olan “Opel Astra” markalı, **-VU-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını, yəni yol nişanın tələblərini pozması, eyni zamanda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxsəməlindən səmimi peşman olmasını, taksi fəliyyəti ilə məşğul olmaqla ailənin yeganə qazanc mənbəyi olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasənonun məsuliyyətini yüngülləşdirən hallar olaraq qiymətləndirir. Məhkəmə tərəfindən İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona İXMnin 34.3-cü maddəsinə əsasən barəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 40, 43, 48-51, 114-117, 128-130, 327 və 333-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar