Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2057/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 01.11.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı Nəqliyyat Agentliyinin 01.11.2021-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 01.11.2021-ci il tarixli, BNA ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qanunla qüvvəyə minməyən qanunsuz yuxarıdan çəkilən kamera vasitəsi ilə çəkilmişdir. Qanuna əsasən B.N.A.-nın inspektoru bort komputer vasitəsilə 3 hissədən ibarət fotoşəkil çəkərək avtomaşının alın şüşəsinə yerləşdirilməli idi. Hazırda barəsində tərtib olunmuş protokol əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X5 şikayətə etiraz təqdim edərək bildirmişdir ki, X2 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. X2 idarə etdiyi “MERCEDES BENZ C200” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31 oktyabr 2021 -ci il tarixdə, saat 21:12-dən 21:14-dək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yolun hərəkət hissəsinin kənarında bir cərgədə dedikdə səkiyə ən yaxın zolaqdakı cərgə başa düşülür. Sözügedən maddənin İ hissəsinin ikinci cümləsində qeyd olunub ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Bununla da belə nəticəyə gəlmək olar ki, qanunverici cərgə sırasını məhz nəqliyyat vasitəsinin tutduğu yerə uyğun olaraq müəyyənləşdirir. Bu da öz növbəsində ona dəlalət edir ki, nəqliyyat vasitəsi (avtomobil) yolun hərəkət hissəsinin kənarında səkiyə münasibətdə ən yaxın cərgədə saxlanılmalıdır. Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 124.5ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 01.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X2 31.10.2021-ci il tarixində 21:12:11-də dayanma və ya durma qaydalarını pozduğuna görə azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X2 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X2 tərəfindən 31.10.2021-ci il tarixdə 21:12 radələrində A.M.Şərifzadə-İnşaatçılar m-st yaxınlığında nəqliyyat vasitəsinin dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yolun hərəkət hissəsinin kənarında bir cərgədə dedikdə səkiyə ən yaxın zolaqdakı cərgə başa düşülür. İş materilları ilə sübuta yetirilir ki, X2 tərəfindən 31.10.2021-ci il tarixdə 21:12 radələrində A.M.Şərifzadə-İnşaatçılar m-st yaxınlığında Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Qanunvericilik cərgə sırasını məhz nəqliyyat vasitəsinin tutduğu yerə uyğun olaraq müəyyənləşdirir. Bu da öz növbəsində ona dəlalət edir ki, nəqliyyat vasitəsi (avtomobil) yolun hərəkət hissəsinin kənarında səkiyə münasibətdə ən yaxın cərgədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı Nəqliyyat Agentliyinin 01.11.2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı Nəqliyyat Agentliyinin 01.11.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2057/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2057/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver