Məhkəmə qərarları › İş №3(004)-2058/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2058/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2058/2020 09.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Sabirabad rayonunda Sarxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Səbail rayonu Parlament prospekti 3 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN 68DLXX2) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairYasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmişmateriala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30-da sürücü Şəxs idarə etdiyi “Hyundai Accent” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq Ş.Mehdiyev küçəsi ilə B.Vahabzadə küçələrinin kəsişməsində dönmə manevri edən iki avtomobilin arasında hərəkətini 40 km sürətlə davam etdirərkən ehtiyatsızlıq nəticəsində nizamlanmayan piyada zolağı ilə yolu keçən X2 vurmuş, bununla da sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində tanışı Manayeva Günel Mübaşir qızına məxsus “Hyundai Accent” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə B.Vahabzadə küçəsinin kəsişməsində ikinci zolaqdan həmin vaxt dönmə manevri edən iki avtomobilin arasından hərəkətə başlayıb təxminən saatda 40 km sürətlə hərəkətini davam etdirmişdir. Bu vaxt qəflətən nizamlanmayan piyada zolağını sağdan sola keçən bir nəfər piyada adı sonradan ona məlum olan X5 qarşısına çıxmışdır. O, dərhal əyləci basmasına baxmayaraq avtomobilin qabaq sağ tərəfi ilə ona zərbə ilə dəymiş və zərbənin təsirindən piyada yerə yıxılmışdır. O, cəld avtomobildən enib piyadaya yaxınlaşaraq köməklik göstərmiş, hadisə yerinə toplaşan vətəndaşlardan biri TTYS-ə zəng etmiş, bir qədər sonra oraya TTYS-nin həkimləri gəlmiş və xəsarət alan X2 3 saylı X4 aparmışlar. Şəxs həmçinin qeyd etmişdir ki, hadisə zamanı nəqliyyat vasitəsinin sahibi Günel Manayeva da avtomobildə olmuşdur. Şəxs izahatında əlavə olaraq bildirmişdir ki, o, zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tam olaraq ödəmiş, eyni zamanda evli olmaqla ailədə yeganə qazan gətirən şəxsdir. O, qeyd olunan hallar nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, o, qeyd olunan tarixdə “ASAN DOST” Xidmətinə getmiş, o, yolu keçmək məqsədilə Xidmətin qarşısında olan nizamlanmayan piyada zolağının üzərinə çıxmış, bu vaxt hərəkətdə olan avtomobillərdən biri ona yol vermə məqsədilə dayanmış, bundan sonra onda əminlik yarandığından zolaqda rahat şəkildə hərəkətini davam etdirmişdir. Bir neçə addımdan sonra onun sol böyründən nəyinsə dəyməsini hiss etmiş və zərbədən yerə yıxılmışdır. Yıxıldıqdan sonra görmüşdür ki, “Hyundai Accent” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Sürücü, adı sonradan ona məlum olan Şəxs özü və hadisə yerinə toplaşan vətəndaşlar ona köməklik etmiş və TTYS-na zəng etmişlər. Bundan sonra onu xəstəxanaya aparmışlar. Tibbi müayinələrdən sonra müəyyən edilmişdir ki, sağ ayağının diz nahiyyəsinə su yığılmış, sol dizinin diski isə yerindən tənpənmişdir. Hadisə nəticəsində o, həyatı üçün təhlükəli olan ciddi bir xəsarət almamış, sürücü tərəfindən bütün tibbi xərclər ödənilmiş, onunla barışmış və hazırda ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt və Elekton Məhkəmə Sistemi vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və Yasamal RPİ-nin TŞ-də fakt üzrə toplanılmış 465/20 nömrəli rədd materialını tədqiq edib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-cu il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilən Yasamal RPİ-nin TŞ-də toplanmış RM-465/20 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspertiza və X8-Təcrübi və X6 rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 111 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X1 bədən səthi üzərində aşkar edilmiş baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd edilən xəsarətin xx.xx.2020-ci il tarixdə piyadanın hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddir. Təhqiqat materialında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, eləcə də ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki, inzibati xəta hadisəsi ünvan 2 F ünvanında nizamlanmayan piyada zolağının qarşısında baş vermişdir. Təhqiqat materialında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, “Hyundai Accent” (minik) markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər hansı bir zədə aşkar edilməmiş və texniki cəhətdən saz vəziyyət olmuşdur. Təhqiqat materialında olan müvafiq sənədlərindən müəyyən edilir ki, AE seriyalı 511261 nömrəli sürücülük vəsiqəsinin sahibi Şəxs BC kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. AD seriyalı 791537 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Hyundai Accent” (minik) markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Manayeva Günel Mübaşir qızına məxsusdur. İş materiallarında olan Manayeva Günel Mübaşir qızının izahatı məhkəmə iclasında elan edilib tədqiq edildikdə müəyyən edildi ki, o, izahatında baş vermiş hadisə zamanı onun mülkiyyətində olan “Hyundai Accent” (minik) markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılması tənbeh tədbirinin təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 330-cu maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə görə Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 54-cü maddəsinin 2-ci bəndinə əsasən əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində tanışı Manayeva Günel Mübaşir qızına məxsus “Hyundai Accent” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci bəndinin tələbini pozaraq Ş.Mehdiyev küçəsi ilə B.Vahabzadə küçələrinin kəsişməsində dönmə manevri edən iki avtomobilin arasından hərəkətini saatda 40 km sürətlə davam etdirərkən nizamlanmayan piyada zolağı ilə yolu keçən X3 yol verməli olduğu halda bunu etməyərək hərəkətini davam etdirib sonuncunu ehtiyatsızlıq nəticəsində vurmuş, bununla da ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və ona vurulmuş zərəri tam şəkildə ödəməsini, evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini müsbət xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, məsuliyyətini yüngülləşdirən halları məcmu halda nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli olmaqla yanaşı onun məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar