Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2064/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxx” X1 (MMC) etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, “xxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da Bakı şəhəri Yasamal rayonu, Şərifzadə 286 ünvanında yerləşən “xxxxxxxxxx” MMC-yə məxsus ərzaq mağazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Bununla da, “xxxxxxxxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da Bakı şəhəri Yasamal rayonu, Şərifzadə 286 ünvanında yerləşən “xxxxxxxxxx” MMC-yə məxsus ərzaq mağazasında idarənin operativ vergi nəzarəti əməkdaşları tərəfindən müvafiq yoxlama aparılarkən filialın administratoru X12 tərəfindən tibbi maskadan istifadə edilməməsi faktı aşkar edilmişdir. Xətanın törədilməsi faktı isə çəkilmiş fotoşəkillə təsdiq olunmuşdur. Törədilmiş xəta ilə bağlı hüquqi şəxsin nümayəndəsi protokolun surətini almaqdan və imza etməkdən imtina etmişdir. Administrator X5 izahatı alınmış və o, təqsirini etiraf etmişdir. X11 göstərilənlərə əsasən “xxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 tərtib edilmiş protokola etiraz edərək izahatında göstərdi ki, “xxxxxxxxxx” MMC-nin bütün filiallarında çalışan şəxslərə yerinə yetirdikləri vəzifəyə uyğun təlimatlar çatdırılmış, qeyd edilən təlimatlarda onların vəzifə səlahiyyətləri, funksiyaları və məsuliyyətləri göstərilmişdir. Həmçinin faktın aşkar edildiyi filialda bütün işçilər tibbi maska və spirt ilə təmin edilmiş, hətta ticarət obyektinin girişində və görünən piştaxtalarda xüsusi karantin rejim qaydalarına dair təlimatdan çıxarışlar yerləşdirilmişdir. Xüsusi karantin rejimi ilə bağlı Cəmiyyətin rəhbərliyi tərəfindən bütün filiallara, o cümlədən bütün işçilərə email vasitəsilə təlimatlar göndərilmiş və təlimatlara riayət edilmədiyi təqdirdə məsuliyyətləri onlara izah edilmişdir. Hətta hər bir filialın administratorları ilə məsuliyyətləri barədə müvafiq müqavilələr bağlanmışdır. Buna baxmayaraq “xxxxxxxxxx” MMC-nin Yeni Yasamal-9 filialında nəzarət qaydasında yoxlama aparılan zaman filialın administratoru X12 həqiqətən tibbi maskadan istifadə etməmişdir. Belə ki, həmin vaxt yəni, xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X13 əlavə olaraq qeyd etmişdir ki, barəsində protokol tərtib edilmiş Cəmiyyət onun balansında olan ticarət obyektlərində xüsusi karantin rejimi qaydalarının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsini təmin etmiş, inzibati xətanı törətmiş X12 xx xxxxxx 2019-cu il tarixdən Yeni Yasamal 9 filialında işləmiş, xx xxxx 2019-cu il tarixdən isə filialın adminstratoru vəzifəsinə keçirilmiş və o, administrator vəzifəsinə keçirilərkən onunla tam maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Yəni dolayısı ilə qeyd olunan obyektdə baş vermiş inzibati xətaya görə Cəmiyyət deyil, onun maddi məsuliyyətli vəzifəli şəxsi olan X12 inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən X13 “xxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində izahatı alınmış “xxxxxxxxxx” MMC-nin Yeni Yasamal 9 filialında administrator vəzifəsində işləyən X12 bildirmişdir ki, o, xx xxxx 2019-cu il tarixdən filialın adminstratoru vəzifəsində işləyir, imzaladığı əmək müqaviləsinə əlavə olan tam maddi məsuliyyət haqqında müqaviləyə, o cümlədən vəzifə təlimatına əsasən xüsusi karantin rejimi dövründə sanitar-gigiyena qaydalarının pozulmasına görə administrator olaraq özü tam məsuliyyət daşımışdır. Bundan başqa vəzifə təlimatına əsasən daxili intizam, əməyin mühafizəsi, sanitar-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə də məsuliyyət administrator olaraq onun üzərinə düşür. xx xxxxxx 2020ci il tarixdə saat 20:00-da filialda operativ vergi nəzarəti əməkdaşları tərəfindən müvafiq yoxlama aparılarkən həqiqətən də o, tibbi maskasını çıxartdığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsindən nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan İnternet X2rumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxxx” MMC xx.xx.2016-ci ildə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) qanuni təmsilçisi X8r. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan və hüquqi şəxsin nizamnaməsindən müəyyən edilir ki, əvvəlki Şəxs MMC-nin adı xx xxxx 2020-ci il tarixdə dəyişdirilərək “xxxxxxxxxx” MMC olaraq dövlət reystrində qeydə alınmışdır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan müəyyən edilir ki, “xxxxxxxxxx” MMC-nin fəaliyyət sahəsi müxtəlif olmaqla, həmçinin ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı daxildir və ünvan 2 ünvanında yerləşən ticarət obyekti “xxxxxxxxxx” MMC-nin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli protokola əlavə edilmiş fotoşəkildən və aktdan müəyyən edilir ki, həmin tarixdə saat 20:00-daünvan 3 ünvanında yerləşən və“xxxxxxxxxx” MMC-nin balansında olan Yeni Yasamal 9 filialında operativ vergi nəzarəti əməkdaşları tərəfindən yoxlama aparılan zaman marketin salonunda olan X6 Canəli oğlu tərəfindən tibbi maskadan istifadə edilməmişdir. İş materiallarında olan xx xxxxxxxx 2010-ci il tarixli arayışdan, əmrdən və “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” çıxarışdan müəyyən edilir ki, X12 xx xxxx 2019-cu il tarixdən “xxxxxxxxxx” MMC-nin Yeni Yasamal 9 filialında administrator (inzibatçı) vəzifəsində işləyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan “xxxxxxxxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Tam maddi məsuliyyət haqqında müqavilə (əmək müqaviləsinə əlavə)” məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qeyd olunan sənəd Yeni Yasamal 9 filialında administrator (inzibatçı) vəzifəsində işləyən X12 tərəfindən xx xxxxx 2020-ci il tarixdə imzalanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” xx xxx 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilmişdir: 1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət; 1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti; 1.3. turizm və hotelçilik fəaliyyəti; 1.4. ictimai nəqliyyatın fəaliyyəti; 1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; 1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti sahələri. Həmin Qərarın 2-ci bəndinə əsasən isə müvafiq fəaliyyət sahələri üzrə metodik göstərişlər təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında X3 tərəfindən “Ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topadan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s) koronovirusun (Covid-19) profilaktikasına dair” metodik göstərişlər təsdiq edilmişdir. Qeyd edilən metodik göstərişlərdə həmin sahədə ümumi göstərişlər, yəni kassanın qarşısında növbədə duran insanların araməsafəsi, ərzaq məhsulları satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərinbirdəfəlik istifadə edilən maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri; müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətinin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunamsı; təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinin təşkil; işçi heyətinin marifləndirilməsi; təmizlik və dezinfeksiya işləri həyata keçirilərkən riayət edilməli olan ardıcıllıq; istifadə edilən dezinfeksiyaedici vasitələrə dair tələblər və həmin vasitələrdən istifadə qaydaları; dezinfeksiya edilməsi vacib olan sahələr; işçi heyətinin şəxsi gigiyenası; tibbi maskalardan ümumi istifadə qaydaları; işçi heyətinin müayinəsi və s. qaydalar müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nə xx xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla (dərci x xxxx 2020) dəyişiklik edilərək 211.2-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyası blanket xarakterli olmaqla epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət müəyyən edir. Normanın dispozotiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və bu pozuntunun qarşısının alınmamasından ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər üçün yalnız epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, vəzifəli şəxslər və hüquqi şəxslər üçün isə həm bu tələblərin pozulmasına görə, həm də yol verilmiş pozuntunun qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdəsaat 20:00-daünvan 4 ünvanında “xxxxxxxxxx” MMC-nin balansında olan Yeni Yasamal 9 filialında operativ vergi nəzarəti əməkdaşları tərəfindən yoxlama aparılan zaman marketin salonunda olan filialın administratoru X12tərəfindən tibbi maskadan istifadə edilmədiyi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxx” MMC-nin nümayəndələri tərəfindən Cəmiyyətin qeyd edilən xətanın qarşısının alınması məqsədilə zəruri tədbirlərin görüldüyü və ona görə də Cəmiyyətin deyil xətanı törətmiş vəzifəli şəxsin özünün məsuliyyət daşıması ilə bağlı irəli sürülmüş iddiası özümüdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Bundan başqa Cəmiyyətin hüquqi əsas olaraq məhkəməyə təqdim etdiyi “Tam maddi məsuliyyət haqqında (əmək müqaviləsinə əlavə) Müqavilə”dən də göründüyü kimi həmin sənəddə xüsusi karantin rejim qaydalarına görə administratorun bilavasitə məsuliyyət daşımasına dair hər hansı bir imperativ şərt mövcud deyildir. Eyni zamanda inzibati xətalar qanunvericiliyinə görə hüquqi şəxsin vəzifəli şəxsinin məsuliyyət cəlb edilməsi belə hüquqi şəxsin özünün də həmin xətaya görə məsuliyyətə cəlb edilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “xxxxxxxxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxx” MMC(VÖEN **********) barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2064/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2064/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver