Məhkəmə qərarları › İş №3(004)-2066/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2066/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2066/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Feyzi Günay Rasim qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 etibarnamə üzrə nümayəndələri X3 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X7 (ASC) etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X11 tərəfindən tərtib edilmiş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X11 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(002)-901/2020 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs ASC-nin balansında olan müqavilə əsasında çırkab suların nəql edilməsi məqsədilə quraşdırılan qurğu və avadanlıqların zədələnməsi və istismar qaydalarının pozulması nəticəsində Xəzər dənizinin çirklənməsi faktı baş vermişdir. Bununla da Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 şifahi vəsatət verərək bildirmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti rayon məhkəmələrinə aid edilməklə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə protokol tərtib etmək səlahiyyəti Fövqəladə Hallar Nazirliyinin bəzi vəzifəli şəxslərinə verilmişdir. Hazırki, protokoldan isə görünür ki, buna səlahiyyəti olmayan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 məsləhətçi müfəttişi X10 tərəfindən tərtib edilmişdir. Protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən geri qaytarılması haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 etibarnamə üzrə nümayəndələri X9 və X6 protokolun geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər aşağıda qeyd edilən əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 264.0.2-ci maddə ilə nəzərdə tutulmuş inzibati xətalara baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aid edilmişdir. 43.2-ci maddəyə görə isə 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 03 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 21ci bəndinə görə Məcəllənin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından – fövqəladə hallar nazirinin, onun müavinlərinin, Nazirliyin Aparatının idarə rəisinin, onun müavininin, şöbə müdirinin, onun müavininin, sektor müdirinin, baş məsləhətçinin, böyük məsləhətçinin, Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyinin rəisinin, onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin, onun müavinin protokol tərtib etmək səlahiyyəti müəyyən edilmişdir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 03 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından – fövqəladə hallar nazirinin, onun müavinlərinin, Nazirliyin Aparatının idarə rəisinin, onun müavininin, şöbə müdirinin, onun müavininin, sektor müdirinin, baş məsləhətçinin, böyük məsləhətçinin, Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyinin rəisinin, onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin, onun müavinin protokol tərtib etmək və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərmək səlahiyyəti vardır. Hazırki işin hallarından isə görünür ki, məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol buna səlahiyyəti olmayan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 məsləhətçi müfəttişi Xəzər Vəliyev tərəfindən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi şifahi vəsatəti təmin edilməli, Cəmiyyətin Azərbaycan Respublikasının İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X8 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X8 geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar