Məhkəmə qərarları › İş №3(004)-2070/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2070/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2070/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri X3 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin “MN ******* saylı, 25.06.2021-ci il tarixli qərarından Beyləqan Rayon Məhkəməsinə şikayət vermişdir. Həmçinin şikayətinə vəsatət də əlavə etmişdir ki, şikayətə X3 pasport qeydiyyatında Beyləqan rayonu, ünvan 1 ünvanda da yaşadığından, şikayətə Beyləqan Rayon Məhkəməsində baxılsın. Lakin həmin şikayət Beyləqan Rayon Məhkəməsinin 3(020)-291/2021 saylı, 17.08.2021-ci il tarixli qərarı ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Beyləqan Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Beyləqan Rayon Məhkəməsi hesab etmişdir ki, qərarından şikayət verilən səlahiyyətli orqan olan - Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin hüquqi ünvanı və yerləşdiyi ünvan Yasamal rayonu ərazisidir. Beyləqan Rayon Məhkəməsi qərarında İXM-nin 129.1.3-cü maddəsinə istinad edib, qeyd etmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan, X2 Xidmətinin Bakı Şəhər İdarəsinin hüquqi ünvanı və yerləşdiyi ünvan Yasamal rayonu ərazisi olduğundan, bu səbəbdən də şikayətə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Beyləqan Rayon Məhkəməsinin qərarındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. 1-ci ona görə ki, İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Baxmayaraq ki, Beyləqan Rayon Məhkəməsi belə hesab etmişdir, lakin həmin maddədə şikayətin səlahiyyətli orqanın, yəni hazırkı halda X2 Xidmətinin Bakı Şəhər İdarəsinin hüquqi və ya yerləşdiyri ünvana görə verilməsi qeyd edilməyib. Həmin maddədə məhkəmə aidiyyəti məsələsi səlahiyyətli orqanın yerləşdiyi yerə görə deyil, şikayət verən fiziki şəxsin va ya hüquqi şəxsin özünün ünvanına görə müəyyən edilməsi qeyd edilmişdir. Belə ki, hüquqi şəxslər və vəzifəli şəxslər də fiziki şəxslər kimi, onun barəsində inzibati qərar çıxarmış səlahiyyətli orqanın qərarından məhkəməyə şikayət verə bilərlər. Bu zaman məhkəmə aidiyyəti şikayət verən fiziki şəxsin yaşayış yeri üzrə müəyyən edildiyi kimi, şikayət verən hüquqi şəxsin və ya vəzifəli şəxsin də ünvanının olduğu yer üzrə müəyyən edilirdi. Yəni şikayət - qərar çıxarmış səlahiyyətli orqanın olduğu yer üzrə verilmir. Aidiyyət - şikayət verən fiziki və ya hüquqi şəxsin və ya vəzifəli şəxsin hüquqi (yaşayış) ünvanı üzrə müəyyənləşirdi. Bundan əlavə Beyləqan Rayon Məhkəməsinin qərarındakı həmin mövqeylə həm də ona görə fikir ayrılığı yaranır ki, şikayətçi vəzifəli şəxsdir. Vəzifəli şəxs özünün barəsində qəbul edilmiş inzibati tənbeh qərarından məhkəməyə şikayət vermişdir. Lakin artıq İXM-nin 129.1.3-cü maddəsinə Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmişdir. Beyləqan Rayon Məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarına istinad etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə olduğu təqdirdə şikayətçi şikayətinə 12.07.2021-ci il tarixli vəsatət əlavə etmişdir (səhifə 3). Vəsatətində şikayətinə X1 pasport qeydiyyatında Beyləqan rayonu, ünvan 8 ünvanda da yaşadığından, şikayətinə Beyləqan Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən hallara Beyləqan Rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs kimi X1 inzibati iş üzrə qərardan verdiyi şikayət üzrə Beyləqan Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar