Məhkəmə qərarları › İş №3(004)-2076/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2076/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2076/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi tərəfindən barəsində tərtib olunmuş ******* saylı, 11.02.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətində və onun nümayəndəsi və eyni zamanda vəkili X7 məhkəməyə verdiyi izahatında göstərmişlər ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələblərinin pozulması faktı ilə 11.02.2022- ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edlmişdir. Qərarın verilməsi üçün səbəb kimi ünvan 1 ünvanda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyala keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirilməməsi göstərilmişdir. X5 məxsus çörək sexində 11.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentlisinin Bakı Regional Bölməsi tərəfindən yoxlama aparılmışdır. Sexdə lazımı olan bütün tələblər qaydalara uyğun olaraq təmin edilmişdir. Yoxlama zamanı əsassız olaraq sexdə bir qisim nöqsanlarının olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsində əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Sözügedən inzibati tənbehin tətbiqi barədə qərar ilə razılaşmayaraq şikayət verir. Hesab edir ki, qərar qanunsuz və əsassız qəbul edilmişdir. Ona görə qərar ləğv edilməlidir. Belə ki, adı çəkilən qərar qəbul edilərkən ona məlumat verilməmiş və onun iştirakı olmadan qərar qəbul edilmişdir. Həmin qərarın mövcudluğundan xəbər tutduqdan sonra ərizə ilə müraciət etmiş və qərarın sürətini 18.04.2022-ci il tarixdə almışdır. Bu səbəbdən həmin qərardan şikayəti hazırda verir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117- 118-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə; kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cu maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikavət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməm əsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması: bu Məcəllənin 53-cü maddəsində nazərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda qeyd edilənlərdən də görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin 11.02.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təlblərini kobud surətdə pozmuşdur və bu səbəbdən sözü gedən inzibati tənbehin tətbiqi barədə qərar ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq məhkəmədən, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin 11.02.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, obyektdə keçirilmiş yoxlama nəticəsində nöqsanlar aşkar edilmişdir. Həmin nöqsanların düzəldilməsi üçün vaxt verilsə də, aradan qaldırılmamışdır, bu səbəbdən də inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ******* saylı, 11.02.2022-ci il tarixli qərarına əsasən X8 barəsində İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, 16.03.2021-ciil tarixli yoxlama nəticəsində müəyyən edilən nöqsanlar aradan qaldırılmadığına görə təqsirli bilinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, 16.03.2021-ci il tarixli qərarına əsasən yeyinti məhsullarının istehsalı, daşınması və satış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə X8 İXM-in 220.2-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə şəxs barəsində eyni inzibati xətaya görə İXM-nin 220.2-ci maddəsi ilə 1 dəfə qərar qəbul edilmiş, bundan sonra eyni pozuntulara görə yenidən 2-ci dəfə 11.02.2022-ci il tarixdə inzibati tənbeh edilmişdir. Ona görə də 2-ci qərar, yəni barəsində şikayət verilmiş hazırkı MN ******* saylı, 11.02.2022-ci il tarixli qərar ləğv edilməli, həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı, 11.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar