Məhkəmə qərarları › İş №3(004)-2076/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2076/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2076/2023 28.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, mənzil 46-da yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən “OKHATAN TRADİNG LLC” şirkəti arasında bağlanılmış müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2019-cu il tarixdə **********2247 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 8480.80 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 8480,80 dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köcürülmədiyi müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma ilə bağlı Şəxs MMC-nin direktoru şifahi sorğu-sual zamanı xx.xx.2019-cu il tarixli, ZQ001 nömrəli müqavilə əsasında 1 (bir) gömrük bəyannaməsi üzrə Gürcüstanda yerləşən “OKHATAN TRADİNG LLC” şirkətinə yüklərin ixrac edildiyini, 1 gömrük bəyannaməsi üzrə ödənilməli olan vəsaitin tam şəkildə ödənildiyini bildirmisdir. Araşdırma zamanı, Şəxs MMC (VÖEN: **********) tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi məqsədi ilə 34/013/008732 nömrəli, xx.xx.2023-cü il tarixli raportla Gömrük Əməliyyatları İdarəsinə müraciət edilmiş və həmin müraciətə cavab olaraq Gömrük Əməliyyatları İdarəsindən daxil olmus 34/012/009071 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC (VÖEN: **********) tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 senytabr 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrində Konsiqnasiya əməliyyatları üzrə 1 gömrük bəyannaməsi (**********2247) üzrə 137.09 ABS dolları qalıq məbləği müəyyən olunmuşdur. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən bağlanılmış müqaviləyə istinad etməklə xx.xx.2019-cu il tarixdə **********2247 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 137.09 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, №00100-00882/23 (EP 0053563) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 137,09 ABŞ dollarının 30% məbləğində, yəni 41,13 ABŞ dolları (qırx bir dollar 13 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar