Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2078/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, X1, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı regional bölməsinin 15 mart 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı regional bölməsinin 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qərarda qeyd olunan tarixdə həmin obyektdə ət satışını həyata keçirməmişdir. Təxminən 2 il bundan qabaq 5-6 ay o, həmin ərazidə olan başqa bir obyektdə işləmiş və sonradan oradan çıxmışdır. Həmin təşkilat heç bir araşdırma aparmadan ona bu əsassız cəriməni yazmışdır. O, həmin inzibati xətanın subyekti deyildir. Buna görə də həmin qərar ləğv olunmalıdır. O, həmin protokolu tərtib edən şəxsləri tanımır. Heç kimlə bu məsələ ilə bağlı danışığı və əlaqəsi olmamışdır. Yalnız 2-3 gün bundan qabaq ona belə bir qərarın qəbul edildiyi məlum olmuşdur. Həmin məktubda qeyd olunan mobil nömrə də ona məxsus deyildir. Bundan başqa əgər inzibati pozuntu var idisə, təşkilat bunu etmiş şəxsdən izahat almalı və sonra ona bu inzibati cəzanı tətbiq etməli idi. Odur ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə baxışı zamanı şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X9, qərarın qanuni olmasını bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən baytarlıq qanunvericiliyinin pozulması faktı aşakar edilmiş obyektin M.Hüseynova məxsus olması və ya onun tərəfindən həmin yerdə fəaliyyət göstərməsi ilə bağlı iş materiallarında heş bir sübut yoxdur. Digər tərəfdən məhkəmə araşdırması zamanı M.Hüseynovun sözügedən ünvanda ət satışı mağasının işlədilməsini təsdiq edən, onun protokol tərtib edilən gün həmin yerdə olmasını təqsdir edən, ümumiyyətlə həmin şəxsin yoxlama aparılan obyektə nə kimi aidiyyətinin olması ilə bağlı hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, M.Hüseynov inzibati msuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə tətbiq olunmuşdur. Həmin maddənin sanksiyası isə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir kimi qeyd olunmuşdur. X2 isə vəzifəli şəxş kimi 600 manat cərimə tətbiq olunmuşdur. Lakin onun vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması hansı bir sənədlə sübut olunmur. Belə ki, onun vergi ödəyicisi olması araşdırma predmeti olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilir ki, X1 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, inzibati məsuliyyətə cəlb olunmuş vəzifəli şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını heç bir mötəbər sübutlarla sübuta yetirməmişdir. Azərbaycan respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 vermiş olduğu şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 15 mart 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2078/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2078/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver