Məhkəmə qərarları › İş №3(004)-2082/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2082/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2082/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsi X4 və X7, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 07.09.2021ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X14 İdarəsinin 07.09.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, İXP ******* nömrəli protokol tam əsassızdır. Barəsində tərtib edilmiş protokolun tələblərini pozmamış, heç bir normativ tələblərin əksinə getməmiş, YPX inspektoru aşkar etdikdən sonra ona heç bir protokol tərtib etmədən, əsassız şəkildə, onun şəxsi avtomobilini qanunsuz olaraq 20 gün müddətinə müvəqqəti duracaqda saxlamaqla 20 gün geriyə tarixdə İXP ******* nömrəli protokolu tərtib etmişlər. Polis əməkdaşları və texniki servisin nümayəndələri gələrək duracaqda normativ tələblərə uyğun olmayaraq səs səviyyəsi ölçülmüş, buna baxmayaraq götürülən səs ölçülərində belə qanunvericiliyin tələblərinə zidd heç bir qayda pozuntusu aşkar edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin tərtib etdiyi 07.09.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin tərtib etdiyi 07.09.2021-ci il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsi X8 qərarı müdafiə edərək bildirmişdir ki, qanunvericliyin tələblərinə uyğun olaraq səs səviyyəsinin ölçülməsi həyata keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsi X9 digər nümayəndə X8 ilə eyni məzmunlu ifadə edərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X14 İdarəsinin 07.09.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 14.08.2021-ci il tarixdə saat 09:55-də Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində “Runna Rana” minik markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış haqqında 14.08.2021-ci il tarixli protokoldan görünür ki, “Runna Rana” minik markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin səs gücünün işlənmiş qazları xaric etmə sisteminin səs-küy ölçən “PCE-322A” cihaz vasitəsi ilə ölçən zaman, səs gücünün işlənmiş qazları xaric etmə sisteminin:

1. 92.5 db (4000 d/d)

2. 95.5 db (4000 d/d)

3. 82.7 db (3000 d/d) - mühərrikdən çıxan səsin normadan artıq olması müəyyən edilmişdir. İş materiallarında olan “Avtovaz Aztexnikixidmət” "xxxx" ASC-nin İxtisaslaşmış avtomobil mərkəzinin 20 sentyabr 2021-ci il tarixli A/009 nömrəli arayışından görünür ki, “Runna Rana” minik markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin səs boğucu sistemində orta katalizatorlar 2 ədəd çıxılaraq birbaşa olaraq arxa sport səs boğucu sonluğu ilə birləşdirilmişdir. Avtomobilin səs boğucu sisteminə edilən konstruksiya dəyişikliyi avtomobilin mühərrikinin səsinin gücləndirilməsinə və işlənmiş qazların ekoloji standartlara uyğun olmayaraq xaric edilməsinə səbəb olur. AZS ECE 51-2012 standartının 6.2.2.1 bəndindən səs səviyyəsinin hədlərini müəyyən edən çıxarışdan görünür ki, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş, sürücünün oturacağı daxil olmaqla oturacaqlarının sayı 9-dan çox olmayan nəqliyyat vasitələri üzrə səs səviyyəsinin maksimal həddi 74 db müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 07.09.2021-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar