Məhkəmə qərarları › İş №3(004)-2083/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2083/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2083/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və X2 şöbəsinin baş təhqiqatçısı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 11000-1200/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 11000-1200/20 nömrəli inzibati xəta haqqında protokol əsasən, Qərb Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 34/012/008062-saylı raporta əsasən Bakı şəhəri, Yasamal rayonu Süleyman Dadaşov küçəsi, ev 6, mənzil 33-də yerləşən Şəxs MMC (VÖEN-**********) tərəfindən bağlanılmış xx.xx.2019-cu il tarixli Rim/28873/19 və xx.xx.2019- saylı müqavilələrə əsasən Rusiya Federasiyasında yerləşən “xxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxx” MMC-şirkətlərinə xx.xx.2019-cu il tarixli **********9346 və xx.xx.2019-cu il tarixli **********8275-sorğu nömrəli Yük Gömrük Bəyənnamələri üzrə 99XV510/99ZD510, 99XJ962/99ZC978 qeydiyyat nişanlı nəqliyyat vasitəsində ümumi çəkisi 36014.00 kq, dəyəri 38716.30 (otuz səkkiz min yeddi yüz on altı dollar, otuz sent) ABŞ dolları, məbləğində, “Təzə Xurma” məhsulu ixrac edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli **********9346 və xx.xx.2019-cu il tarixli **********8275-sorğu nömrəli Gömrük Bəyannamələri üzrə Rusiya Federasiyasına ixrac edilmiş malların dəyərindən 32736,95 (otuz iki min yeddi yüz otuz altı dollar, 95 sent) ABŞ dolları Azərbaycan Respublikasına daxil olmuş, qalan 5976.35 (beş min doqquz yüz yetmiş altı dollar, 35 sent) ABŞ dolları və yaxud 10159.79 (on min yüz əlli doqquz manat, 79 qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Prezdentinin xx xxxx 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndlərinin tələblərinə görə 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Fakt üzrə Qərb Ərazi Baş Gömrük idarəsi Əməliyyat və X2 şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə xx.xx.2020-ci il tarixdə 1000-0047/19 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********8275 nömrəli Gömrük Bəyannaməsi üzrə ixrac edilmiş yüklərin dəyərinin qalan bir hissəsi 5976.35 (beş doqquz yüz yetmiş altı dollar, 35 sent) ABŞ dolları və yaxud 10159.79 (on min yüz əlli doqquz manat, 79 qəpik) AZN məbləğində valyuta vəsaiti xaricdən qaytarılmamaqla gömrük qaydalarının əleyhinə olan inzibati xətaya yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının hüquqi şəxsi Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483.cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Gömrük Prosedurları və Ödənişləri şöbəsinindən daxil olan xx.xx.2020-ci il tarixli 34/012/008062-saylı raport, xx.xx.2020-ci il tarixli Şəxs MMC-nin nümayəndəsi X5 xx.xx.2020-ci il tarixli sorğu-sual protokolu və işdə olan digər gömrük sənədləri ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi xx.xx.2020-cü il tarixində izahat verən X5 bildirmişdir ki, Şəxs MMC 5976.35 (beş min doqquz yüz yetmiş altı dollar, 35 sent) ABŞ dolları və yaxud 10159.79 (on min yüz əlli doqquz manat, 79 qəpik) AZN məbləğində valyuta vəsaitinin Rusiya Federasiyasından qaytarılmamasının səbəbini alıcı və satıcı arasında yaranan problemlər səbəbindən baş vermişdir. Buna görədə valyuta vəsaitinin az miqdarda xaricdən qaytarılmaması faktı baş vermişdir. Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, “xxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxx” MMC-şirkətlərinə ixrac olunan “Təzə Xurma” məhsulundan “xxxxxxxxxxxxxxxxx” MMC-ilə ixracatçı arasında bağlanılmış müqaviləyə əsasən ixrac olunmuş məhsulun keyfiyyət göstəricilərinə uyğun gəlmədiyindən həmin məhsulun invoys dəyəri 1699.84 ABŞ dolları həcmində alıcı şirkət tərəfındən azaldılmışdır. Eləcədə ixrac olunan “Təzə Xurma” məhsulundan “xxxxxxxxxxxxx” MMC ilə ixracatçı arasında bağlanılmış müqavilələrə əsasən ixrac olunmuş məhsulun keyfiyyət göstəricilərinə uyğun gəlmədiyinə görə həmin məhsulun invoys dəyəri 4614.16 ABŞ dolları həcmində alıcı şirkət tərəfindən azaldılmışdır. Yaranan 334.65 ABŞ dolları və yaxud 568.90 AZN məbləğində fərq müvəkkil Bankların xidmət xərcləri təşkil etmişdir. Ona görə də ölkəyə geri qayıtmalı olan 5976.35 (beş min doqquz yüz yetmiş altı dollar, 35 sent) ABŞ dolları və yaxud 10159.79 (on min yüz əlli doqquz manat, 79 qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən qaytarılması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və X2 şöbəsinin baş təhqiqatçısı X4 tərtib olunmuş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X5 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cəmiyyət barəsində protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən “xxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxx” MMC şirkətlərinə ümumi dəyəri 38716.30 (otuz səkkiz min yeddi yüz on altı dollar, otuz sent) ABŞ dolları məbləğində “Təzə Xurma” məhsulu ixrac edilmişdir. 32736,95 (otuz iki min yeddi yüz otuz altı dollar, 95 sent) ABŞ dolları məbləğində vəsait müvəkkil banka daxil olmuşdur. Qalıq qalan 5976.35 (beş min doqquz yüz yetmiş altı dollar, 35 sent) ABŞ dolları məbləğində vəsait isə müqavilə standartlarına uyğun olmadığından və müəyyən gecikmələrə görə idxalçı şirkətlər tərəfindən cərimə məbləği kimi hesablanaraq ödənilməkdən imtina edilmişdir. Həmin faktı sübut edən müvafiq sənədləri məhkəmə iclasında təqdim edərək inzibari xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi qismən sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan müəyyən edilir ki, Şəxs” MMC (VÖEN: **********) tərəfindən Rusiya Federasiyasına **********9346, **********8275 sorğu nömrəli gömrük bəyannamələri ilə “təzə xurma” ixrac edilmiş, 38716.30 ABŞ dolları olan yükün dəyərinin bir hissəsi 32736.95 ABŞ dollarının ixracatçının hesabına köçürmüş, qalan 5979.35 ABŞ dolları dəyərində olan hissəsi isə bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmişdir. Araşdırma müddətində müəssisənin ünvanına yazılı olaraq vəsaitin ixracatçının bank hesabına köçürülməsi haqqında xəbərdarlıq və bildiriş göndərilmiş həmçinin məlumatların Gömrük İdarəsinə təqdim edilməsi və Mərkəzi Bankın portalına daxil edilməsi üçün xəbərdarlıq edilmişdir. Lakin bugünədək Şəxs MMC tərəfindən vəsaitlərin hesablarına daxil olması haqqında bank məlumatları təqdim edilməmişdir. Köçürmənin gecikdirilməsinin araşdırılması və mövcud qanunvericilik tədbirlərinin görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2019-cu il tarixli **********8275 nömrəli gömrük bəyannaməsindən görünür ki, 18881.10 ABŞ dolları məbləğində təzə xurma məhsulu Şəxs MMC tərəfindən “xxxxxxxxxxxxxxxxx” MMC şirkətinə ixrac edilmişdir. xx.xx.2019-cu il tarixli **********9346 nömrəli gömrük bəyannaməsindən görünür ki, 19835.20 ABŞ dolları məbləğində təzə xurma məhsulu Şəxs MMC tərəfindən “xxxxxxxxxxxxx” MMC şirkətinə ixrac edilmişdir. xx.xx.2019-cu il tarixli RİM/28873/19 nömrəli müqaviləyə və eyni tarixli 12/19FR nömrəli invoysa əsasən ixrac edilmiş məhsulun ümumi dəyəri 19835.20 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli Balx/2019 nömrəli müqaviləyə və eyni tarixli 11/19FR nömrəli invoysa əsasən ixrac edilmiş məhsulun ümumi dəyəri 18881.10 ABŞ dolları təşkil edir. Rim/28873/19 saylı, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə 261219-S6 saylı xx.xx.2019-cu il tarixli iddia üzrə qaytarma vərəqəsinə və iddia sənədinə əsasən keyfiyyət və kəmiyyət yoxlaması müqavilədən fərqli bir standart aşakar edildiyindən 57.87 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Qaytarma vərəqəsindəki məbləğ müqavilənin 12-ci bölməsində qeyd edilən bank rekvizitlərinə əsasən alıcının hesabına köçürülməlidir. Ödəniş icra olunmadığı təqdirdi, bu məbləğ alıcı tərəfindən mallar üçün ediləcək ödənişdən tutulacağı qeyd edilmişdir. Rim/28873/19 saylı, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə Rİ4-19-003403 saylı xx.xx.2019-cu il tarixli iddia üzrə qaytarma vərəqəsinə və iddia sənədinə əsasən keyfiyyət və kəmiyyət yoxlaması müqavilədən fərqli bir standart aşakar edildiyindən 1579.95 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Qaytarma vərəqəsindəki məbləğ müqavilənin 12-ci bölməsində qeyd edilən bank rekvizitlərinə əsasən alıcının hesabına köçürülməlidir. Ödəniş icra olunmadığı təqdirdi, bu məbləğ alıcı tərəfindən mallar üçün ediləcək ödənişdən tutulacağı qeyd edilmişdir. Rim/28873/19 saylı, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə 090120-S2 saylı xx.xx.2020-ci il tarixli iddia üzrə qaytarma vərəqəsinə və iddia sənədinə əsasən keyfiyyət və kəmiyyət yoxlaması müqavilədən fərqli bir standart aşakar edildiyindən 2976.34 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Qaytarma vərəqəsindəki məbləğ müqavilənin 12-ci bölməsində qeyd edilən bank rekvizitlərinə əsasən alıcının hesabına köçürülməlidir. Ödəniş icra olunmadığı təqdirdi, bu məbləğ alıcı tərəfindən mallar üçün ediləcək ödənişdən tutulacağı qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 38716.30 (qırx səkkiz min yetmiş altı dollar, doqquz sent) məbləğində, “Təzə Xurma” məhsulu ixrac edilmişdir, həmin məbləğdən32736,95 (otuz iki min yeddi yüz otuz altı dollar, 95 sent) ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasında müvəkkil banka daxil olmuş, qalıq qalan 5976.35 (beş min doqquz yüz yetmiş altı dollar otuz beş sent) ABŞ dolları məbləğində vəsait qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bank hesabına daxil olmamışdır. Məhkəmə iclasında Şəxs MMC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, 4614.16 (dörd min altı yüz on dörd dollar on altı sent) ABŞ dolları məbləğdə olan malın keyfiyyəti müqavilə şərtlərinə uyğun gəlmədiyi üçün həmin məbləğdə cərimə hesablanmışdır. Yəni protokolda göstərilən məbləğdə deyil, 34102.14 (otuz dörd min bir yüz iki dollar on dörd sent) ABŞ dolları gəlir əldə edilmişdir. Beləliklədə iş materiallından görünür ki, Şəxs MMC tərəfindən 1362.19 (bir min üç yüz altmış iki dollar on doqquz sent) ABŞ dolları məbləğdə gəlirin ölkəyə daxil olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə inzibati xəta hadisəsinin törədildilmiş hesab edilir. İXM-in 485.2-ci maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 1362.19 (bir min üç yüz altmış iki dollar on doqquz sent) ABŞ dolları məbləğində vəsaitin 40 (qırx) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq 544.87 (beş yüz qırx dörd dollar səksən yeddi sent) ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar