Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2084/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən inzibati məsuliyyətə cəlb edilərək barəsində qəbul edilmiş xx xxxxx 2014-cü il tarixli, SNT/140447 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləriişin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X2 xx xxxxxxxx 2020-ci il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxx 2014-cü il tarixli SNT/140447 nömrəli qərarla 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hazırda həmin qərara etiraz edir və ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə X2tərəfindən məhkəməyə verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş müvafiq sənədlərin surətləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar xx xxxxx 2014-cü il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə məhkəməyə x xxxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Lakin ərizədən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Belə ki, hazırki şikayət xx xxxxx 2014-cü il tarixə qədər verilə biləcəyi halda, yalnız6 il 4 ay 24 gün gecikdirilərək x xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən, şikayətçi şikayət verilmə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətlə də məhkəməyə müraciət etməmiş, şikayət ərizəsində bununla əlaqədar hər hansı üzrlü səbəblər göstərilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən X2 onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxx 2014-cü il tarixli SNT/140447 nömrəli inzibati tənbeh vermə haqqında qərardanverilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxx 2014-cü il tarixli SNT/140447 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2084/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2084/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver