Məhkəmə qərarları › İş №3(004)-2084/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2084/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2084/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X3 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 7 noyabr 2023-cü il tarixli, EQ 17921919 saylı, 30 oktyabr 2023-cü il tarixli EQ 17762584 saylı, 7 noyabr 2023cü il tarixli EQ 17921800 saylı, 30 oktyabr 2023-cü il tarixli EQ 17762590 saylı və 29 oktyabr 2023-cü il tarixli EQ 17760186 saylı qərarlarının ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X7 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 7 noyabr 2023-cü il tarixli, EQ 17921919 saylı, 30 oktyabr 2023-cü il tarixli EQ 17762584 saylı, 7 noyabr 2023cü il tarixli EQ 17921800 saylı, 30 oktyabr 2023-cü il tarixli EQ 17762590 saylı və 29 oktyabr 2023-cü il tarixli EQ 17760186 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, mülkiyətçi kimi qardaşına verilən etibarnamə ilə X1na nəqliyyat vasitəsinin idarə edilməsinə dair "mobil- notariat" tətbiqi vasitəsi ilə elektron qaydada Bakı şəhər 34 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təstiq edilmiş və reyestrdə 7E- 8496 nömrəsi ilə qeyd olunmuş etibarnamə vermişdir. X1 etibarnamə əsasında **-MK-*** qeydiyyat nişanlı X11 Avto-Nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti ilə idarə edərkən saat 16.22-də dayanma və durma qaydalarının pozulması nəticəsində İXM 346.1 və 332.2-ci maddələrinə əsasən EQ/17760186 saylı Protokol tərtib edilmişdir. 332.2ci maddənin tətbiq edilməsi əsası guya həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilmişdir. Növbəti gün xx.xx.2023 tarixində Pirşağı istiqamətində X1 nəqliyyat vasitsini idarə edərkən saat 10:47:43 saniyəsində Pirşağı- Novxanı yolun Neft baza sanatoriyasının yaxınlığında və saat 10:48:31 saniyəsində Pirşağı- Novxanı yolunda 112 nömrəli tam orta məktəbin qarşısında, İXM 332.3 və 332.2ci maddələri ilə X5 adma eyni gündə EQ/17762590 -300 AZN və EQ/17762584 - 300 AZN cərimələr qeyd olunmuşdur. Qeyd edilən vaxtda nəqliyyat vasitəsini o idarə etməmişdir, etibarnamə əsasında X1 idarə etmişdir. Qeyd edilən cərimələrdən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə SMS bildiriş təqdim edildikdən sonra məlumatı olmuşdur. Bununla əlaqədar dəfələrlə müraciətlər edilsə də cavablar verilməmiş, qərarlar təqdim edilməmişdir. Hətta məhkəmə tərəfindən qərar olmadığından şikayət ərizəsi geri qaytarılmışdır.Məhkəmə şikayəti geri qaytardıqdan sora yenidən DYP müraciət etsə də yenidən müraciəti elektron etməyi təklif etdilər. Məcbur elektron müraciət edərək qərarların surətini tələb etmişdir. Yenə də müraciətinə 16.03.24-cü il tarixli məktubla xx.xx.2024-cü il tarixdə cavab verilərək qərarların surəti təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə müraciət və cavab məktubu ilə yenidən qəbul gedərək – qərarların verilməsini tələb etmiş, qərarlar olmadığından məhkəməyə şikayət verə bilmədiyini başa salmışdır. Müraciəti yenidən araşdırılmış, haqlı olduğundan 28.03.24-cü il tarixdə 29.10.23 və 30.10.23-cü il trixli qərarlar elektron çıxarış edilərək təqdim edilmişdir. Bu zaman məlum olmuşdur ki, 3 inzibati qərardan başqa eyni vəzifəli şəs tərəfindən əlavə xx.xx.2023-cü il tarixdə EQ/17921800 və EQ/17921919 saylı inzibati qərarlar da yazılmışdır. Həmin elektron Qərarlar da mənə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qərarlar əldə edilənədək X1 cərimələrin səbəbini araşdırdıqda bildirilmişdir ki, etibarnamə olmadan nəqliyyat vasitəsi idarə edildiyi üçün cərimələr yazılıb, etibarnamənin olduğu deyilsə də, ləğv edilmədiyi bildirilsə də, elketron bazada belə problemlər olduğu bildirlərək məhkəməyə müraciət etmək tövsiyyə edilmiş, lakin nə protokol, nə qərar təqdim edilməmişdir. Qeyd edilənələrə əsasən EQ/17760186, EQ17762590, EQ17762584, EQ/17921800 və EQ/17921919 protokollar, həmin protokollar əsasında qəbul edilmiş 29.10.23, xx.xx.2023 və xx.xx.2023cü i tarixli 5 ədəd İnzibati tənbeh vermə barədə Qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs T.Hacıyeva barəsində ayrı –ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.Əliyeva barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: X3 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 7 noyabr 2023-cü il tarixli, EQ 17921919 saylı, 30 oktyabr 2023-cü il tarixli EQ 17762584 saylı, 7 noyabr 2023cü il tarixli EQ 17921800 saylı, 30 oktyabr 2023-cü il tarixli EQ 17762590 saylı və 29 oktyabr 2023-cü il tarixli EQ 17760186 saylı qərarlarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar