Məhkəmə qərarları › İş №3(004)-2087/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2087/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2087/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”- nin nümayəndəsi X1 iştirakı ilə, Publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2023-cü il tarixində tibbi tullantıların ərazidə qalaqlandığı, emal yerinin müəyyənləşdirilmədiyi və qanunvericiliyə uyğun daşınaraq zərərsizləşdirilməməsinə görə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin ərazisində tibbi tullantıların ərazidə qalaqlandığı, emal yerinin müəyyənləşdirilmədiyi və qanunvericiliyə uyğun daşınaraq zərərsizləşdirilməməsi aşkar edilmişdir. Həmçinin idarənin əməkdaşları tərəfindən həmin ərazidə şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasınin İXM-in 266.2 və 271-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək, bildirmişdir ki, sözügedən xəstəxana dövlətə məxsus olan tibb müəssisəsidir və müəssisədə sənaye və məişət tullantılarının daşınması işi təşkil edilmişdir. Ona görə də üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməli, həmçinin “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 mart 2023cü il tarixli MN ******* saylı aktından görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin ərazisində yoxlama aparılarkən ərazidə tibbi tullantıların qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq qalaqlanması faktı öz təsdiqini tapmışdır. İş materiallarında olan 17 mart 2025-ci il tarixli 78465 nömrəli aktdan məlum olur ki, keçirilmiş monitoring zamanı A.M.Şərifzadə 212 ünvanında yerləşən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-da tibbi tullantıların hermetikləşdirilmiş tullantı konteynerlərinin saxlanılmadığı, ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun daşınaraq zərərsizləşdirilmədiyi faktı ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın həyətində monitoriq aparılarkən sənaye və məişət tullantılarının qalanması faktı mövcudd olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materiallarından görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənayə və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması inzibati məsuliyyət yaradan haldır və həmin əməlin tötədilməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Digər tərəfdən məhkəmə hesab edir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu öz təsdiqini tapmır. Belə ki, nə məhkəməyə təqdim edilmiş sənədlərdə nə də ki, məhkəmə araşdırması zamanı inzibati orqan tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir, məhkəmə iclasında tərəfə bunula bağlı yəni sütların təqdim edilməsi ilə bağlı təklif edilməsinə baxmayaraq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müxtəlifdir yəni tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması halında bu inzibati xəta törədilmiş olur. Buna baxmayaraq inzibati orqan tərəfindən tərtib edilmiş protokolda sadəcə AR İXMnın 266.2-ci maddəsi yazmaqla kifayətlənməsi, başğa bir əsaslandırma aparmaması, işə subutlar əlavə edilməməsi, məhkəmə iclasında buna dair süburlar təqdim ediməməsi belə qənaətə gəlməyə əsas verir ki, hüquqi şəxsin əməlində sözü gedən maddənin tərkib əlamətləri mövcud deyildir və ya sübut olunmur. Göründüyü kimi, törədilmiş inzibati xətaya görə şəxsi məsuliyyətə cəlb etmək üçün onun törətdiyi əməldə inzibati xətanın tərkibinin bütün əlamətlərinin mövcudluğu müəyyən edilməlidir lakinhazırda məhkəmə tərəfindən bu hallar müəyyən edilməmişdir. «İstehsalat və məişət tullantıları haqqında» 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları- əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların basdırılması-tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir.Tullantıların yerləşdirilmə obyekti-tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğudur (poliqondur, şlam-anbar və başqalarıdır). Həmin Qanunun 11- ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həmçinin “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130, 266.2 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinsin və 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar