Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-209/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, İ.Dağlı küç, 2, 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3810/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5614/2021 saylı, xx.xx.2021 -ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12442/2015 saylı, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8682/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3810/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8682/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, borclu Şəxs kreditor X7 xeyrinə 3421,72 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu pul tutulması əmr edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12442/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs kreditor X7 xeyrinə 3866 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu pul tutulması əmr edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5614/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2021 -ci il tarixinə yaranmış 395 manat əsas, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 2391 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 2886 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7132/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs "xxxx" ASC-nin xeyrinə 6366 manat əsas kredit borcu, 1175,2 manat faiz borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İcra sənədləri üzrə borcun ödənilməsi barədə Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə o, borclu şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, icra sənədlərindən xəbərdardır. Koronavirus pandemiyası zamanı iflas etmişdir, daha sonra müharibə şəraiti və ondan sonra da ayağının qırılması səbəbindən uzun müddət işləyə bilməmişdir. X1 arasında borc müqaviləsi bağlanılmış və hazırda həmin borcun qaytarılmasını gözləyir. Ona görə də məhkəmədən icra sənədləri üzrə borcunu ödəməsi üçün bir ay vaxt istəyir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, o, xx.xx.2025-cü il tarixdə, saat 14:00 radələrində Yasamal rayon icra şöbəsinə gəlmiş və həmin vaxtdan eribarən onun azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3810/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5614/2021 saylı, xx.xx.2021 -ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12442/2015 saylı, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8682/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərininə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işlərinin materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3810/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8682/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, borclu Şəxs kreditor X7 xeyrinə 3421,72 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu pul tutulması əmr edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12442/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs kreditor X7 xeyrinə 3866 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu pul tutulması əmr edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5614/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2021 -ci il tarixinə yaranmış 395 manat əsas, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 2391 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 2886 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7132/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs "xxxx" ASC-nin xeyrinə 6366 manat əsas kredit borcu, 1175,2 manat faiz borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” qərarlardan, eləcə də bildirişlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3810/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5614/2021 saylı, xx.xx.2021 -ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 12442/2015 saylı, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8682/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri əsasında iş üzrə icraat başlanılmış və borclu Şəxs tələblərin icrası üçün bildiriş təqdim olunmuşdur. Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncun icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin bir ildən artıq müddətdə icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs borcunu etiraf etməsini və icra sənədləri üzrə öhdəliklərini gələcəkdə icra etməyə söz verməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2025-cü il tarixdən, saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-209/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-209/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver