Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2090/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokolu və ona əlavə olunmuş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokoldan görünür ki, Şəxs tərəfindən mülkiyyətində olan “Fiat Doblo” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində yerləşdirilmiş reklamın icazə müddəti bitmişdir. Bununla da,müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitəsində reklam yayılmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən protokol tərtib edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol və ona əlavə edilmiş materiallar natamam olması səbəbi ilə Yasamal Rayon Məhkəməsinin əsaslandırılmış xx xxxx 2020-ci il tarixli 3(004)-1540/2020 nömrəli qərardadı ilə natamamlıqların aradan qaldırılması məqsədilə onu tərtib etmiş quruma geri qaytarılmış, lakin həmin protokol və material Yasamal RPİ-nin DYPŞ-si tərəfindən yenidən əvvəl mövcud olan qüsurlarla baxılması üçün yenidən məhkəməyə göndərilmiş, iş xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 3(004)-2090/2020 nömrəli yeni inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş material natamam olduğuna görə bir daha geri qaytarılmalıdır. Belə ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli 3(004)-1540/2020 qərardadında protokolun onu tərtib etmiş quruma qaytarılması əsasları kifayət qədər ətraflı şəkildə sadalanmasına baxmayaraq səlahiyyətli qurum həmin iradlara səhlənkar yanaşaraq əvvəlki materialları olduğu kimi bir daha qüsurlu şəkildə məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin Azərbaycan Respublikasının İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün bir daha Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 100, 106-110, 114 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxx 2020ci il tarixli AP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİnin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2090/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2090/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver