Məhkəmə qərarları › İş №3(004)-2090/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2090/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2090/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ağsu rayonunun, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağsu rayonu, Pirhəsənli ərazi dairəsi, Pirhəsənli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Tahir Əzizovun 17 avqust 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 27-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən MN seriyalı ******* nömrəli 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X5 05 avqust 2021-ci il tarixdə döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X4 bildirdi ki, 05 avqust 2021-ci il tarixdə X7 ərizə ilə polis bölməsinə müraciət edərək Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 2007-ci il tarixdən X5 tanıyır və onunla qeyri-rəsmi nikahda yaşamaqla iki azyaşlı övladları vardır. Bir ilə yaxındır ki, maddi çətinlikləri vardır və bu dövrdən başlayaraq Aysel ilə münasibətləri pisləşmişdir. Oğlu Miremin ilə telefon əlaqəsi saxlamış və övladlarını görmək üçün onların yaşadıqları ünvana gedib gəlmişdir. Bu zaman Aysel ilə aralarında qısqanclıq zəmnində sözlə mübahisə olmuşdur. Həmçinin bildirmişdir ki, həmin hadisə baş verən vaxt kiməsə məqsədli şəkildə xəsarət yetirmək niyyəti olmamış, Ayseli itələmək istəyərkən ona xəsarət yetirmişdir. Əməlindən çox peşmandır, hazırda X7 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, keçmiş həyat yoldaşı Şəxs tərəfindən mütamadi olaraq zorakılığa məruz qalmışdır. Belə ki, 05.08.2021-ci il tarixdə Mirxəyal yaşadığı mənzilə gələrək onu döymüş və bıçaqla öldürəcəyi ilə hədələmişdir. Bundan sonra ərizə ilə 27-ci polis bölməsinə şikayət etmişdir. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsinin 12 avqust 2021-ci il tarixli 758 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyinə əsasən vətəndaş X3 məhkəmətibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər – hər iki dodağın ön səthinin, sol bazunun və sağ budun qançırları küt əşyanın təsirindən törənməklə 05.08.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunmaqla ümumilikdə və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 avqust 2021-ci il tarixli qərardan müəyyən edilir ki, 05.08.2021-ci il tarixdə saat 17:00 radələrində Şəxs həyat yoldaşı X5 şəxsi münasibətlərin pozulması zəminində bədəninin müxtəlif yerlərinə qəsdən vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respubllikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Belə olan halda Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar