Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2091/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, ev 25-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 08.09.2021-ci il tarixdə saat 10:00 radələrində C.M.Quluzadə 25 ünvanında uca səslə nalayiq ifadələr, söyüşlər söymüş, ətrafdakıların diqqətini özünə cəlb edərək, ictimai qaydanı pozmuşdur, polis əməkdaşları ona yaxınlaşıb səbəbini soruşanda bildirmişdir ki, narkotik vasitə istifadə etdiyi üçün ağrıları var, dözə bilmədiyi üçün söyüşlər söyür, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206, 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 08.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də o, narkotik vasitə istifadə etdiyi üçün ağrıları olduğundan söyüşlər söymüş, ətrafdakıların diqqətini özünə cəlb edərək, ictimai qaydanı pozmuşdur, buna görə də polislər tərəfindən bölməyə aparılmış, sonradan tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Bir neçə gün əvvəl Yasamal rayonu ərazisində narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Teymur Hacıyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 08.09.2021-ci il tarixdə saat 10:00 radələrində C.M.Quluzadə 25 ünvanında uca səslə nalayiq ifadələr, söyüşlər söymüş, ətrafdakıların diqqətini özünə cəlb edərək, ictimai qaydanı pozmuşdur, polis əməkdaşları ona yaxınlaşıb səbəbini soruşanda bildirmişdir ki, narkotik vasitə istifadə etdiyi üçün ağrıları var, dözə bilmədiyi üçün söyüşlər söyür, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də inzibati xəta haqqında protokol tərtib edilib, məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadənin 01.09.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan Yasamal RPİ 27-ci PB-nin əməliyyat müvəkkilləri T.Hacıyev və E.Talıbovun imzaladığı 08.09.2021-ci il tarixli raportu ilə, narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün tibbi müayinəsinə dair 08.09.2021-ci il tarixli, 690 saylı tibbi müayinə aktı, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510-cu maddələri ilə təqsirli bilinərək, 02 ay (iki ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni 08.09.2021-ci il tarixdən, saat 10:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2091/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2091/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver