Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2093/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 07.09.2021-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırdı ki, 07.09.2021-ci il tarixində özünə məxsus “Kia Rio” markalı, **-VT-*** dövlət qeydiyat nişanlı avtomobilini X9 küçəsi 151b ünvanında (X11 sarayının qarşısı) park edib getdikdən sonra, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları, X5 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) maddəsi ilə protokol tərtib etmişdir. Bildirmişdir ki, həmin ərazidə 5.12 və ya 5.13 nişanları ümumiyyətlə yoxdur. Bununla bağlı telefonunda həmin ərazidən sübut olaraq çəkdiyi şəkillər və videolarda mövcuddur. BNA əməkdaşlarının protokola əlavə elədikləri şəkillərə baxdıqda görünür ki, əməkdaşlar tamamilə haqsız yerə cərimə yazıblar. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 07 sentyabr 2021-ci il tarixdə saat 16:29 radələrində “Kia Rio” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, A.M.Şərifzadə küçəsində “dayanma və durma qaydalarını pozduğuna” görə İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşə baxılarkən şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati xətanın törədildiyi yer kimi göstərdiyi A.M.Şərifzadə küçəsindəki fotoşəklindən də görünür ki, həmin yolda dayanma qadağan edilmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 07.09.2021-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2093/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2093/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver