Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2095/2023 28.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1amal rayonu, məhəllə 3141, M.Seyidov küçəsi 10 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3141, M.Seyidov küçəsi 10 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə 10 aprel 2023-cü il tarixdə saat 14:00 radələrində aparılan planlı yoxlama zamanı lisenziyada göstərilən işlərdən kənar mikrobioloji laboratoriyaya aid tibbi fəaliyyətin həyata keçirilməsi faktı aşkar edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, MN №1743494 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Şəxs MMC-yə ünvanlanmış plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirişində göstərilmişdir ki, cari ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti strukturları tərəfindən respublikada lisenziya əsasında fəaliyyət göstərən özəl tibb fəaliyyəti ilə məşğul olan subyektlərdə qanunvericiliyin tələblərinə əsasən plan üzrə (növbəti) yoxlamaların keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Şəxs MMC-nin fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3141, M.Seyidov küçəsi 10-da yerləşən obyektdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. Bildirişdə yoxlamaya əsas olan sənədlərin surətləri onlara rəsmi şəkildə təqdim olunması və yoxlayıcı (yoxlayıcılar) tərəfindən Şəxs MMC-nin fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3141, M.Seyidov küçəsi 10-da yerləşən obyektdə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbəti) yoxlamaların keçirilməsinə şərait yaradılmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 220 saylı, 10 aprel 2023-cü il tarixli planlı (növbəti) yoxlama aktına əsasən müəssisədə digər nöqsanlarla yanaşı lisenziyada göstərilən işlərdən kənar mikrobioloji laboratoriyaya aid tibbi fəaliyyəti aşkarlanmışdır. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə olunmuş, protokol tərtib edildi. Həmin aktda MMC-nin rəhbəri X1 izahatı bölməsində qeyd etmişdir ki, deyilən nöqsanlarla razıdır, 30 iş günü müddətində aradan qaldırılacag. İş materiallarında olan "xxxx" MMC-yə aid (vöen eynidir) xx.xx.2023-cü il, xx.xx.2023-cü il, tarixli analiz nəticələrindən görünür ki, həkim-laborant İ.S.Qasımova tərəfindən pasientdən laborator analizlər götürülərək, müayinəsi həyata keçirilmişdir. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, həmin sənədlərdəki tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, mikrobioloji laboratoriyaya aid tibbi fəaliyyətin lisenziya əsasında həyata keçirildiyini bilməmək, şəxsi inzibati məsuliyyətdən azad etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 manat (altı min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2095/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2095/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver