Məhkəmə qərarları › İş №3(004)-21/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-21/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-21/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X4 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP ******* nömrəli protokola əsasən qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X2 inzibati tənbeh vermə haqqında EP ******* nömrəli xx.xx.2023cü il tarixli qərarına əsasən guya 17098,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 17098,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etmədiyi və ya vəsaiti geri qaytarmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilmiş xətanı törətməkdə təqsirli bilinərək barəsində 1709.80 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarın surəti və icraya yönəldilməsi barədə məktub mənə Qusar rayonundakı qeydiyyat ünvanında poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bildirmişdir ki, onun gömrük bəyannaməsinin Mərkəzi Banka təqdim edilməsi ilə bağlı öhdəliyinin olması barədə məlumatlı olmamışdır. Qeyd olunan məbləğlə bağlı ölkəyə mallar idxal etmişdir və bununla bağlı xx.xx.2021-ci il tarixli **********4549 nömrəli sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək təqdim olunmuşdur. Gömrük Bəyannaməsinin nüsxəsi Paşa Bank ASC Landmark şöbəsi tərəfindən təsdiq edilərək üzərində "xx.xx.2021-ci il tarixdə tam bəyan edilib" qeydi yazılmışdır. xx.xx.2022-ci ildə sahibkarlıq fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Qeyd olunan qərarla razı deyil. Qeyd olunan inzibati xəta tərəfindən törədilməmişdir. İşin halları tam araşdırılmamışdır. Belə ki, qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında iş bütün halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, vaxtında malları bəyan etmişdir və bununla bağlı gömrük bəyannaməsi tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 436.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında inzibati xəta haqqında qərardan verilən şikayət üzrə qərar qəbul edilir. Yuxarıdakılara əsasən barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X2 inzibati tənbeh vermə haqqında EP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayəti məzmununa uyğun ifadə verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasınagəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********4549 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ümumi invoys dəyəri 17098.00 ABŞ dolları olan malların ölkəyə idxal edilməsi ilə bağlı elektron gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixdə tərtib olunaraq Sumqayıt Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********4549 sorğu nömrəli gömrük bəyannaməsinin "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 17098.00 ABŞ dolları məbləğində avans ödənişi tam bəyan edilmişdir. İş materiallarında olan internet vergi idarəsindən (e-taxes.gov.az) əldə olunmuş çıxarışdan görünür ki, ********** saylı Vöen-lə qeydiyyatda olan X3 vergi ödəyicisi qismində sahibkarlıq fəaliyyəti xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə daxil olduğu üçün X5 istinad edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir, ona görə də, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və F.B.Aziyevin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi F.B.Aziyevə istinad edilən inzibati xəta hadisəsi mövcud olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və F.B.Aziyevin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar