Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2103/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, X1 iştirakları ilə, Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək Nizami rayon DYPŞ-nin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. E.B.Mirzəyev ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi ”Kia Cadenza” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən epedemiya əlehinə rejimin, saniitariya-gigiyena və karantin qaydalarının pozulması ilə əlaqədar barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin o həmin tarixdə elektron hökümətin inkişafı mərkəzi tərəfindən verilmiş ölkə üzrə hərəkətə icazə verən çıxarışa sahib olmuşdur. Göstərilənlərə əsasən İXP seriyalı ******* saylı protokola əsasən DYP Ekologiya yol patrul xidməti tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, onun icazəsinin ləğv olunması barədə ona məlumat verilmədiyi üçün bundan xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Nizami rayon DYPŞ-nin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Nizami rayon DYPŞ-nin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, E.B.Mirzəyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron hökumətin inkişafı mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş məktuba əsasən vətəndaş X3 (AZE 07466219, FİN 2J4ZVEA) adına Sistemdə işəgötürən tərəfindən rəsmiləçdirilmiş icazələr barədə məlumatlara əsasən 2020-ci il 6 aprel tarixində saat 12:39-da hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X5 tərəfindən qeydiyyata alınmış Bakı şəhəri üzrə icazə 2020-ci il 15 aprel tarixində saat 01:25-də dayandırılmışdır. 2020-ci il 1 iyul tarixində saat 15:11-də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X5 tərəfindən qeydiyyata alınmış ölkə ərazisi üzrə icazə 2020-ci il 1 iyul tarixində saat 15:14-də dayandırılmışdır. 2020-ci 1 iyul tarixində saat 15:15-də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X5 tərəfindən qeydiyyata alınmış ölkə ərazisi üzrə icazə 2020-ci il 5 iyul tarixində saat 01:38-də dayandırılmışdır. 2020-ci il 18 iyuil tarixində saat 11:49-da hüquqi şəıxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X5 tərəfindən Qeydiyyata alınmış ölkə ərazisi üzrə icazə2020-ci il 5 avqust tarixində saat 00:00-da bitmişdir. 2020-ci il 15 avqust tarixində saat 11:58-də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X5 tərəfindən qeydiyyata alınmış ölkə ərazisi üzrə icazə 2020-ci il 31 avqust tarixində saat 00:00-da bitmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, E.B.Mirzəyevin əməli düzgün olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 200 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixdən qüvvədə olan 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər o cümlədən hərəkət məhdudiyyəti tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli qərarı ilə Bakı şəhəri ərazisində hərəkət məhdudiyyəti xx xxxx 2020-ci il tarixə qədər uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarının 1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisnaolmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının,“ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri”Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsindənəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərinəməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti iləməşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davametdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi vətexniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunanəməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürəntərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə“icaze.e-gov.az” portalınadaxiledildikdənsonrayolverilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki,X2 elektron icazə sistemində olan icazəsi inzibati xəta törədildiyi xx xxxx 2020-ci il tarixdə qüvvədə olmamışdır.Bununla da, Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan E.B.Mirzəyevun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2103/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2103/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver