Məhkəmə qərarları › İş №3(004)-211/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-211/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-211/2021 11.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər isə icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materiallara Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim: Murad Məmmədov İş № 3(004)-211/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL xx xxxxxx 2021-ci il Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar