Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2111/2021 04.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli 04.09.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli 04.09.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 25.11.2020-ci ildə saat 10:31 radələrində N.Nərimanov abidəsinin yanından parlament prospektinə **-TV-*** dövlət nömrə nişanlı mersedes markalı avtomobillə hərəkət edən zaman arxadan YPX- nin əməkdaşlarının avtomobil ilə müşahidə etdiklərini gördüm. İkinci işıqfora çatdıqda YPX-nin əməkdaşının mikrafon vasitəsi ilə nişanın tələbini pozmağı işıqforun düz keçib yerdə olan dairə nişanının üzərində saxlamağını tələb etmişdir. Əmirə tabe olub avtomobili saxlamış, YPXnin əməkdaşının tələbi ilə yaxınlaşaraq sənədləri təqdim etmişdir. Ona bir başa içkili olduğunu deyib, avtomobilin cərimə meydançasına getməli olduğunu bildirmişdirlər. O, tibbi müainədən keçirtmədən, protokol tərtib etmədən sürücülük vəsiqəsini girov götürüb ona Bakı şəhəri, YPX-nin idarəsinin 20-ci otağa yaxınlaşmağını bildirmişdirlər. Avtomobili cərimə meydançasına təhvil verdikdən sonra şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün yaşadığı evə gedib şəxsiyyət vəsiqəsini götürüb saat 2:05-də Səhiyyə Nazirliyinin Narkoloji mərkəzinə getmiş, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müainədən keçmişdir. Müayinənin nəticəsini rəsmi şəkildə sərxoş olmadığını təsdiq edən sənədlə Bakı şəhər YPX-nin baş idarəsinin 20-ci otağına yaxınlaşmış, Sərxoş olmadığı haqqda rəsmi şəkildə təqdim etdikdə ona bu işin məhkəmədə həll olunacağını bildirmişdirlər. Avtomobil cərimə meydançasından götürmək üçün qəbz verilmiş, 09.09.2021-ci ildə onun sürücülük vəsiqəsi və pratokolun surətini ona təqdim edilmişdir. Dəfələrlə Bakı şəhər YPX-nin idarəsinə yaxınlaşıb özünü Xeyrulla kimi təqdim edən şəxsdən sürücülük vəsiqəsini tələb edən zaman ona tərtib olunmuş TP ******* saylı protokola imza ilə təsdiq etməyi və ya 400 (dörd yüz) manat pulun qarşılığında sürücülük vəsiqəsini qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol X1 bildirmişdir ki, X6 25 noyabr 2020-ci il tarixdə saat 10:31-də radələrində Yasamal rayonu Parlament prospektində hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Belə ki, X6 xüsusi texniki vasitə ilə yoxlanılmış, yoxlama zamanı onun 0,3 promil spirtli içki qəbul etməsi müəyyən edilərək protokol tərtib olunmuşdur. Həmin protokolda X6 bu nəticə ilə razılaşdığını və spirtli içkinin təsiri altında maşını idarə etdiyini bildirmişdir. X6 həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Daha sonra onun brəsində 25.11.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Digər tərəfdən o bildirmişdir ki, İ.Həmidov tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq hallarının bütün nüvlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu” hazırki iş üzrə sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin müayinə xəta aşkar olunandan bir saata yaxın vaxt keçdikdən sonra aparılmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25.11.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 25 noyabr 2020-ci il tarixdə saat 10:24-də Yasamal rayonu Parlament prospekti ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin 04.09.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X6 25.11.2020-ci il tarixdə saat 10:31-də Yasamal rayonu Parlament prospektində “Mersedes Benz E 220 CDİ” minik markalı, Az 90TU195 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində 25.11.2020-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 25.11.2020-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”dan görünür ki, 25.11.2020-ci il tarixdə saat 10:24-də Yasamal rayonu Parlament prospektində “Mersedes Benz E 220 CDİ” minik markalı, Az 90TU195 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 “ACE-Z” markalı İN SN 642155 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə müayinə edilmiş və onun 0,3 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin protokolda X6 içkili olduğunu və protokolda qeyd olunan nəticə ilə (0,3 promilli) razı olduğunu bildirmişdir. Şikayətə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 25.11.2020-ci il tarixli (saat 12:05) aktdan görünür ki, müayinə zamanı X3 ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 04.09.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, X6 25.11.2020-ci il tarixdə saat 10:24 radələrində xüsusi texniki vasitə ilə müayinə olunarkən onun 0,3 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuş, X6 bu nəticə razı olduğunu bildirərək, spirtli içki içdiyini etiraf etmiş, həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Məhkəmə iclasında X6 “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”da edilən qeydin (hansı ki, spirtli içki qəbul etdiyini bildirir) özü tərəfindən yazıldığını bildirmişdir. Digər tərəfdən şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktda X3 ayıq vəziyyətdə olması qeyd edilsə də, müayinə sonuncu xüsusi texniki vasitə ilə müayinə edildikdən (saat 10:24) saatlar sonra (12:05)-da həyata keçirilmişdir. Belə olan halda məhkəmə qeyd edilən bu sənədi şəxsin sərxoşluğunun həmin anda, yəni həkim müayinəsi aparılan anda olmaması kimi qəbul edir. Ona görə də bu sənəd inzibati xəta aşkar edilən zaman şəxsin sərxoş olub olmamasını təsdiq edən sübut novü kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 04.09.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 04.09.2021-ci il tarixli TP4579565 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2111/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2111/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver