Məhkəmə qərarları › İş №3(004)-2112/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2112/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2112/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X22, Şikayətçi "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X18 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X24 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı qərarından və 18 may 2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X24 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı qərarından və 18 may 2021-ci il tarixli MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, MN № ******* saylı, 03 may 2021-ci il tarixli və MN № ******* saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarlarda "xxxx" MMC-nin işçiləri X10, X12, X3 və X1 əmək haqlarının hesablanmasına baxmayaraq, əmək haqqları ödənilməmişdir. Bu işçilərin hamısı Şirkətin “Tekstil” Şöbəsinin işçiləridirlər və bu əmək haqqlarının gecikməsi sadəcə Cəmiyyətin iqtisadi vəziyyəti ilə əlaqədardır. Yuxarıda qeyd olunan qərarlara görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə istinad edilir. Halbuki, yuxarıda qeyd olunan əməkdaşların əmək haqlarının gecikdirilməsi, vaxtında ödənilməməsi səbəbi şikayətin verildiyi tarixlərdə Şirkətin hesablaşma hesabında hər hansı bir maliyyə vəsaitinin olmamasıdır. Cəmiyyətin vəzifəli şəxsi olan İdarə Heyətinin sədri səlahiyyətlərini müvəqqəti icra edən X24 hesab üzərində sərəncam verən şəxs kimi həmin dövrdə təqsirli ola bilməz. İnzibati xətanı yaradan amillərdən biri vəzifəli şəxsin təqsirli olması yəni qəsdən və ya ehtiyatsızlıqdan bu və ya digər hərəkət və ya hərəkətsizliyin törədilməsidir. Bu amillər də X18 hərəkətlərində öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X24 şikayətin məzmununa uyğun izahat verərək, əmək haqlarının hesablanmasına baxmayaraq, əmək haqqları ödənilməməsini etiraf edərək, əmək haqqlarının gecikməsinin sadəcə Cəmiyyətin iqtisadi vəziyyəti ilə əlaqədar olmasını qeyd edərək, onlar barəsində ədalətsiz qərarlar qəbul olunduğunu, göstərilənlərə əsasən şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı və 18 may 2021-ci il tarixli MN ******* saylı qərarlarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X26 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 05 may 2021-ci il tarixli, MN ******* saylı və 18 may 2021-ci il tarixli MN ******* saylı qərarları tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X16, X19, X8 və X7 müfəttişliyə müraciət edərək, işdən çıxarıldıqları gün son haqq hesabın ödənilmədiyini bildirmişdirlər. Araşdırma zamanı müraciətlərin əsaslı olması sübuta yetirildiyindən "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X24 barəsində 05 may 2021-ci il tarixli, MN ******* saylı qərar və 18 may 2021-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarlar qanuni və əsaslı olması səbəbindən onları dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən X9, X14, X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. 18 may 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən X2 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən X11, X17, X6 və X5 işdən çıxarıldıqları gün son haqq hesab ödənilməmişdir. Belə ki, məhkəmə prosesi zamanı "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X20 işdən çıxarıldığı gün son haqq hesabın ödənilməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi təklif edilsə də, bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Beynəlxalq Bankının "xxxx" MMC-nin hesabından çıxarışına əsasən həmin MMC-nin 02.04.2021-ci il tarixə hesabında 1,853.08 manat pul olmuşdur. Həmin pulun 1,853.08 manatı üzrə əməliyyat keçirilməsinə Vergilər Nazirliyinin Milli Gəlirlər Departamenti tərəfindən qadağa qoyulmuşdur. 02.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək "xxxx" MMC-nin hər hansı bir ödəniş həyata keçirməsi üçün hesabında 1,48 manat pul olmuşdur. 06.05.2021-ci il tarixdə həmin MMC-nin balansına 1.694.915,25 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlərtam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçi ilə əmək müqaviləsinə xitam verilərkən ona aid olan son haqq-hesabın işçinin işdən çıxdığı gün verilməli olmasını işəgötürənin üzərinə vəzifə kimi qoyur. MMC-nin balansında pul vəsaitinin olmaması, bu səbəbdən işçiyə son haqq hesabın verilməsinin həmin gün həyata keçirilə bilməməsinə və belə olan halda müəssisə rəhbərinin əməlində təqsirin olmamasına istinad etməsində münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan həmin dəlil özlüyündə belə müvafiq inzibati xətanın törədilməsinə və işçiyə işdən çıxdığı gün son haqq-hesabın ödənilməməsinə əsas ola bilməz. Belə ki, əmək müqaviləsinə xitam verən müəssisə rəhbəri mövcud əmək qanunvericiliyinin tələblərindən, eləcə də müəssisənin hesabında olan pul vəsaitinin məbləğindən xəbərdar olmalı və həmin işçilərlə son haqq- hesabla bağlı əməliyyatların aparıla bilinib-bilinməməsini əvvəlcədən müəyyən etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X24 tərəfindən kobudcasına pozulmuşdur. "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X24 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı qərar və 18 may 2021-ci il tarixli MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X24 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı qərarından və 18 may 2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar