Məhkəmə qərarları › İş №3(004)-2121/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2121/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2121/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X13 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X2 müraciəti əsasında araşdırma aparılmış, Şəxs MMC tərəfindən onun əmək hüquqlarının pozulması müəyyən edilmiş, yəni X4 ilə yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi həmin məcəlləsinin vəzifələri və prinsiplərinin biridir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X5 bildirmişdir ki, inzibati xəta haqqında protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə götürən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə yalnız o halda məsuliyyətə cəlb oluna bilər ki, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya bağlanmışdırsa, qüvvəyə minmədən onun fiziki şəxsi hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb etdiyi sübut olunsun. İnzibati xəta haqqında protokola görə X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş və AR ƏM-in 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Şəxs MMC ilə Gündüz Abdunlu arasında əmək münasibətləri mövcud olmamış, sonuncunun xidmətindən tərəflər arasında bağlanmış 14.06.2021-ci il tarixli mülki hüquqi müqavilə əsasında istifadə olunmuşdur. Gündüz Abdunlu şahid qismində verdiyi ifadəsində də Şəxs MMC ilə əmək müqaviləsi əsasında deyil, mülki hüquqi müqavilə əsasında əməkdaşlıq etdiyini bildirmişdir. Mülki hüquqi müqavilə isə əmək münasibətləri yaratmır, yalnız mülki hüquqi öhdəliyin, o cümlədən mülki hüquq və vəzifələrin yaranması üçün əsasdır. Şəxs MMC ilə Gündüz Abdunlu arasındakı münasibətlərin əmək münasibətləri hesab edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyil. Ona görə də həmin münasibətlərə əmək qanunvericilinin normaları tətbiq oluna bilməz. AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, idarədə aparılan araşdırma zamanı Gündüz Abdunlunun yalnız əmək müqaviləsinin olubolmaması müəyyən olunmuş, əmək müqaviləsi bağlanmadığı halda Gündüz Abdunlu tərəfindən müvafiq xidmətin hansı əsaslarla göstərilməsi ümümiyyətlə, araşdırılmamışdır. Halbuki, qeyd olunduğu kimi, xidmət təkcə əmək müqaviləsi əsasında deyil, mülki hüquqi müqavilə əsasında da göstərilə bilər. Belə ki, Şəxs MMC-nin əsas fəaliyyət növü risk və zərərin qiymətləndirilməsidir. Gündüz Abdunlunun göstərdiyi xidmətlə bu sahə arasında bağlılıq yoxdur. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X10 cəmiyyətin nümayəndəsi və vəkili X3 dediklərini təsdiqləyərək əlavə olaraq bildirdi ki, X4 ilə 14.06.2021-ci il tarixdə "xxxx" MMC arasında mülki hüquq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 sifariş verdiyi sorğu əsasında anketlərin doldurulması xidmətini həyata keçirməli idi. Hər anketə görə 3 manat pul hesablanmalı idi. Belə ki, anketlər doldurulduqdan sonra şirkət həmin anketləri yoxlayır, daha sonra isə hər anketə görə 3 manat hesablayaraq pulu ödəyir. X2 göstərdiyi 330 manat pulu gec almasına səbəb də 110 ədəd anketin yoxlanılması ilə bağlı olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Gündüz anketləri verən kimi gəlib pulunu istəmiş, onlar isə həmin anketləri araşdırıb sonra pulu verəcəklərini bildirmişlər. X4 ilə bağlanan müqavilədə aylıq əmək haqqı göstərilməmişdir. Yekun olaraq X10 göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, şirkətin əsas fəaliyyət istiqaməti risk və zərərin qiymətləndirilməsi olmuşdur. X2 fəaliyyəti isə sorğu keçirdərək müvafiq anketlərin doldurulması olmuşdur. X4 tərəfindən göstərilən fəaliyyət şirkətin əsas fəaliyyətini təşkil etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də anketyor işləmişdir. Belə ki, sifarişçinin sifariş verdiyi sorğu əsasında anketlərin doldurulması xidmətini həyata keçirməli olmuşdur. Hər anketə görə ona 3 manat pul hesablanmalı idi. Həmin vaxt 110 anketə görə ona 330 manat pul ödənilməli olsada, həmin məbləğ gec ödənildiyindən o şikayət ərizəsi yazmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin şirkətə əmək kitabçası verməmiş, aylıq əmək haqqı təyin edilməmişdir. Ödəniləcək məbləğin nəğd şəkildə verilməsi barədə razılaşılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun əsas fəaliyyəti sorğuların keçirilməsi və bu barədə müvafiq blankın doldurulmasından ibarət olmuşdur. Şəxs MMC ilə aralarında mülki hüquqi müqavilə bağlanmış, əmək kitabçasını təqdim etməmişdir. Aylıq vəzifə maaşı təyin edilməmiş, yalnız gördüyü işin müqabilində müəyyən edilmiş haqq ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: 14 iyun 2021-ci il tarixli mülki hüquqi müqavilədən görünür ki, Şəxs MMC ilə X4 arasında müqavilə bağlanmış və Şəxs MMC xidmətlərin göstərilməsini sifariş verib X4 ilə razılaşdırılmış xidmət haqqı ödəməyi, X4 isə Şəxs MMC-nin müəyyən etdiyi qaydada anketlərin doldurulması xidmətlərini göstərməyi öhdəsinə götürür. 21 avqust 2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-nin direktoru X11 və X4 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli mülki hüquqi müqavilədə nəzərdə tutulan xidmətləri həqiqətən tam həcimdə və keyfiyyətli yerinə yetirmişdir. Sifarişçinin isə icraçının göstərdiyi xidmətlərlə bağlı heç bir irad və narazılığı qeydə alınmamışdır. Tərəflər arasında imzalanan bu akt xidmət haqqının ödənilməsi üçün əsasdır. Xidmətin dəyəri məcburi ödənişlər tutulduqdan sonra 330 (üç yüz otuz) manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin məlumatına əsasən Şəxs MMC-nin əsas fəaliyyəti risk və zərərin qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 7-ci maddəsinin 2-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 2-3-ci maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1-ci maddəsinə əsasən müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2-ci maddəsinə əsasən bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6-ci maddəsinə əsasən yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7-ci maddəsinə əsasən yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8-ci maddəsinə əsasən müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4-ci maddəsinə əsasən Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə X4 arasında mülki hüquq müqaviləsi bağlanmış və göstərilən xidmətin qarşılığında müvafiq haqq ödənilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən isə Şəxs MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olmasını müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin Şəxs MMC ilə X4 arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndində göstərilən şərtlər daxilində olmamışdır. Bununlada məhkəmə hesab edir ki, Şəxs MMC ilə X4 arasında əmək müqaviləsinin bağlanmasına ehtiyac olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 06 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 06 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar