Məhkəmə qərarları › İş №3(004)-2123/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2123/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2123/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 2-ci ərazi X6 idarəsinin X6 şöbəsinin inspektoru daxili xidmət kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Azərcell Telekom MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 2-ci ərazi X6 idarəsi "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, 20.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 20.04.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Azərcell” müştəri xidmətləri baş ofisində Yanğın təhlükəsizliyi müayinəsi zamanı Yanğın Təhlükəsizlik qaydaları 01-2001 bənd 11.1.0.4 pozuduğu müəyyən olunmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 2-ci ərazi X6 idarəsinin X6 şöbəsinin inspektoru daxili xidmət kapitanı X4 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Azərcell Telekom MMC-nin səlahiyyətli nümayəndəsi X3 bildirmişdir ki, yoxlamanı həyata keçirən 2-ci ərazi X6 İdarəsinin əməkdaşlarının tərtib etdiyi Protokoldakı faktlar öz əksiri tapmır. Belə ki, obyektin PDS********** saylı icbari sığorta şəhadətnaməsi vardir. B.Bağırova 2 ünvan Şəxs MMC-nin mülkiyyətində deyil, icarəsindədir. Ləğvedici Əmanətlərin Sığortalanması Fondu ilə Şəxs MMC arasında bağlanmış 2021-0620 saylı icarə müqaviləsi var. Müqavilənin 4.1.5. maddəsinə əsasən İcarəyə verilən əmlakın texniki .təhlükəsizlik, sanitarya-gigiyena, həmçinin insanların sağlamlığı üçün zəruri digər müvafiq normalara uyğun olmasını təmin_edır. Tərəflər razılığa gəlirlər ki, icarəyə verilən əmlakla bağlı göstəricilər AZS və ya müvafiq standartlara uyğun olmalıdır. Tərəflər razılığa gəlirlər ki, icarəyə verilən əmlakla bağlı kommunal (yalnız su, qaz, elektrik enerjisi, kanalizasiya) xidmətlərdən istifadə ilə əlaqədar müvafiq bağlantılar (sayğacların qoyulması və s) və təminat “icarəyə verən” tərəfindən həyata keçirilir. Həmin müqavilənin 4.1.11.maddəsinə əsasən “İcarəyə verən” Bu Müqavilə qüvvədə olduğu müddətdə icarəyə verilmiş əmlakla bağlı bütün riskləri daşıyır. Həmin müqavilənin 4.1.12. maddəsinə əsasən “icarəyə verən” Bu Müqavilə qüvvədə olduğu müddət ərzində, icarəyə verilmiş əmlakın, “İcarəçi"yə məxsus əmlak istisna olmaq şərti ilə, öz hesabına icbari sığortasını həyata keçirəcəkdir. Həmin müqavilənin 4.1.7.maddəsinə əsasən “icarəyə verən" İcarəyə verilən əmlakda hər hansı uyğunsuzluq aşkar etdikdə, həmin uyğunsuzluğun Tərəflərin konkret hal üçün razılaşdırdığı müddət ərzində aradan qaldırılmasını təmin edir. Obyektin yanğından icbari sığortası mülkiyyətçinin vəzifəsidir. Eyni zamanda Qərarda göstərilən obyektdə mövcud olan ilkın yanğinsöndürmə alət və vasitələr norma qaydalarının tələblərinə uyğun saxlanması qeydinə cavab olaraq bildiririk ki, “FİRE SECURİTY" MMC tərəfindən ofislərdə test yoxlamaları keçirmiş, bütün tələblərə cavab verir. Qeyd olunan nöqsanlar mövcud deyil, tərtib edilmiş protokol ləğv edilməlidir. Keçən ilin mart ayında adı çəkilən ofisdə yoxlama aparmış, (həmin vaxt ofisdə olan vəziyyət necə idisə bu gün də eynisidir) heç bir qusur aşkar edilməmişdir. Əgər belə bir hal vardısa nə üçün hər il keçirilən yoxlamanın nəticəsində qusur aşkar olunmurdu (eyni vəziyyətdə qəbul edilmiş), bu il isə aşkarlandı. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına və şərh edilənlərə əsaslanaraq, xahiş edirik ki, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 15.04.2022- ci il tarixli KY221724594 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 18.04.2022- 22.04.2022-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması müəyyən edilmişdir. İş materiallarında olan Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 18.04.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli, 1548 nömrəli Yanğın texniki müayinə Aktından aydın olur ki, obyekt yanğından icbari qaydada sığorta olunmayıb. Obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığı yoxlanılmayıb. Obyektdə mövcud olan ilkin yanğınsöndürmə alət və vasitələr norma qaydalarının tələblərinə uyğun saxlanılmır. Obyektin işçi heyəti yanğın təhlükəsizliyi barədə təlimatlandırılmayıb. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXMin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar