Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2125/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdəBakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 08:10-da sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Land- Cruiser-Prado” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ikinci dərəcəli yol hesab olunan yaşayış sahəsindən Yasamal rayonu, Ə.Əhmədov küçəsinə daxil olarkən sağ istiqamətdən hərəkətdə olan X2 idarə etdiyi “Hyundai i30” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməyərək yol hərəkəti qaydasını pozmuş və həmin nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə sonuncunun nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) və 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə)maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X5 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus “Toyota Land-Cruiser-Prado” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxx 2020-ci il tarixdə saat 08:10 radələrində ikinci dərəcəli yol hesab olunan Yasamal-2 yaşayış sahəsindən Yasamal rayonu, Ə.Əhmədov küçəsinə daxil olduqdan sonra sağ istiqamətdən hərəkətdə olan X2 idarə etdiyi “Hyundai i30” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda, yolayrıcını keçmə qaydasını pozaraq həmin nəqliyyat vasitəsinə yol vermədən hərəkətinə davam etdirib onunla toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. X5 əlavə olaraq qeyd etmişdir ki, sürücü Şəxs ilkin araşdırma zamanı nəqliyyat vasitəsinin onun deyil guya anası Xatirə Əhmədovanın idarə etdiyini bildirərək məsuliyyətdən yayınmağa cəhd göstərmiş, lakin hadisə yerinin videogörüntüsü götürüldükdən və zərər çəkmiş şəxsin izahatı alındıqdan sonra müəyyən edilmişdir ki, hadisəyə səbəb olan nəqliyyat vasitəsi sürücülük hüququ olmayan Şəxs özü tərəfindən idarə edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, X5 protokolu müdafiə edərək Şəxs barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, sürücülük vəsiqəsi almaq üçün hazırda təlim kurslarında təhsil alır, mütəmadi olaraq təlim avtomobilini idarə edərək yol hərəkəti qaydalarını öyrənir. “Toyota Land-Cruiser-Prado” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsus olsa da etibarnamə əsasında anası X6 idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 08:10 radələrində anası ilə birlikdə olarkən sonuncu mağazaya girdiyindən o, nəqliyyat vasitəsini qarşı yola keçirmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı məhlədən çıxıb Ə.Əhmədov küçəsinə daxil olmuş, soldan gələn nəqliyyat vasitəsinə yol verməsinə baxmayaraq sağdan gələn nəqliyyat vasitəsini görməmiş və sağ istiqamətdən hərəkətdə olan X2 idarə etdiyi “Hyundai İ30” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, dəymiş ziyan isə sığorta şirkəti tərəfindən aradan qaldırılacaq, bundan başqa zərər çəkmiş şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin kasko sığortası vardır. Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, qeyd edilən inzibati xətanı ehtiyatsızlıq nəticəsində törətdiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə zərər çəkmiş şəxs X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X2 izahatı məhkəmə iclasında elan edilərkən müəyyən edildi ki, o, etibarnamə əsasında idarə etdiyi “Hyundai i30” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əsəd Əhmədov küçəsi ilə hərəkət etdiyi zaman soldan ara məhlədən hərəkət edən “Toyota Land-Cruser-Prado” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yol vermədən hərəkətini davam etdirərək yolayrıcına daxil olub sola dönərkən onun hərəkət zolağına daxil olduğu üçün digəer sürücünün avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin qeyd edilən nəqliyyat vasitəsini oğlan uşağı idarə etməsinə baxmayaraq, hadisədən sonra sonuncu avtomobilini binanın həyətinə sürərək anası ilə birlikdə piyada gəlmiş və bildirmişdir ki, guya nəqliyyat vasitəsini anası idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəxs onun oğludur. “Toyota Land-Cruser-Prado” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi oğlu Şəxs olmasına baxmayaraq həmin avtomobili o, özü etibarnamə əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə o, oğlu Şəxs ilə birlikdə Yasamal rayonu ərazisində olarkən yaşadıqları ünvanın yaxınlığında meyvə almaq məqsədi ilə abtomobildən düşmüş və həmin nəqliyyat vasitəsini oğlu Şəxs bir qədər qabaqda saxlamaq üçün idarə etmişdir, elə həmin vaxt hadisə baş vermişdir. Protokolu tərtib edən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş hadisənin görüntüləri əks etdirilmiş CD disk məhkəmə iclası zamanı nümayiş etdirilərkən müəyyən edildi ki, “Toyota Land-Cruser-Prado” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini barəsində protokol tərtib edilmiş Şəxs idarə etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin birinci hissəsinə görə maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun 77-ci maddəsinə görə isə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sxemdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 08:10 radələrində idarə etdiyi “Toyota Land-Cruser-Prado” markalı **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, Əsəd Əhmədov küçəsinə daxil olub yolayrıcının keçilməsi qaydalarını pozaraq öz hərəkət istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “Hyundai i30” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş AD seriyalı 458375 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Toyota Land-Cruiser-Prado” (minik) markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AD seriyalı 097314 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Hyundai i30” (minik) markalı **-UE- ***dövlət qeydiyyat nişanlı avtomobil Xəlilov Allahverdi Göyüş oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Xəlilov Allahverdi Göyüş oğlu tərəfindən verilmiş ƏN- V seriyalı 002268 nömrəli etibarnamədən müəyyən edilir ki, “Hyundai i30” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 xx xxxxxx 2028-ci il tarixədək idarə etmək hüququ ilə etibar edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin DYPŞ-nin rəisi tərəfindən tərtib edilmiş arayışdan müəyyən edilir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin birinci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xüsusi mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” (minik) markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx xxxxxx 2020-ci il tarixdə saat 08:10-da yaşayış sahəsindən, yəni ikinci dərəcəli yoldan baş yol olan Əsəd Əhmədov küçəsinə daxil olmuş, yenidən həmin Qanunun 77-ci maddəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında baş yolla yolayrıcına yaxınlaşan “Hyundai i30” (minik) markalı **- UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bu qaydaya əməl etməyib öz hərəkətini davam etdirmiş, nəticədə qeyd edilən nəqliyyat vasitələri toqquşmuş və sonuncu avtomobilin istifadəçisi X3 maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb olmuş Şəxs ilkin araşdırma zamanı məsuliyyətdən yayınmağa cəhd göstərərək “Toyota Land-Cruiser-Prado” (minik) markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini özünün deyil qohumunun idarə etməsini iddia etmiş, lakin araşdırma nəticəsində əldə edilmiş videogörüntülər əsasında baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeyd olunan nəqliyyat vasitəsinin onun özü tərəfindən idarə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması araşdıraraq hesab edir ki, Şəxs əməlindən səmimi peşmançılığı yüngülləşdirici hal kimi qiymətləndirilməlidir və ağırlaşdırıcı hal aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara, o cümlədən qeyd edilən inzibati xətanın törədilməsi şəraitini, xətanı törətmiş şəxsin hadisədən sonrakı hərəkətlərinə məcmu halında, şəxsiyyətini xarakterizə edən hallara qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi tənbeh növü olan inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində təyin ediləcək inzibati həbs növündə inzibati tənbeh tədbirinin əvvəli onun məhkəməyə gətirildiyi vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 12:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 12:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2125/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2125/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver