Məhkəmə qərarları › İş №3(004)-2126/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2126/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2126/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X4 Azərbaycan Respublikası DİN Baş Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və şikayətçinin nümayəndəsi (qardaşı) X2 məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, ölkəmizdəki epidemiya xəstəliyi olmadığı dövrdə valideynlərinə baş çəkmək üçün Masallı rayonuna getmişdir. xx.xx.2020ci il tarixdə saat 20:56 radələrində qardaşının idarə etdiyi “Mersedes” markalı avtomobili ilə rayondan yaşadığı və qeydiyyatda olduğu Bakı şəhərinə gedərkən Bakı-Qazax yolunun 65-ci kilometrində Ələt postu deyilən yerdə yoxlamadan keçərkən döş nişanı 1072 olan polis nəfəri Rəsulov Coşqun olan sənədlərini kobud şəkildə tələb edərək “sən yaşadığın yeri qanunsuz olaraq tərk etmisən, və karantin rejimini pozursan” kimi ifadələrlə onu aşağılamağa başladı. O, isə ona “mənim qeydiyyatım Bakı şəhərinədir və məndə evimə gedirəm” deye bildirmişdir. Bütün qanuni sənədlərinə rəğmən yol polisi əməkdaşı və digər şəxslərin yanında onunla kobud rəftarını davam etdirərək haqqında İXM-nın 211.1 Epidemiya əleyhinə rejimin,sanitariya gigiyena və karantin rejimlərinin pozulması barədə protokol tərtib edərək 200 (iki yüz) manat məbləğində cərimə cəzası tətbiq etdi. Bununla da polis ona qarşı haqsızlıq, ədalətsizlik edərək vətəndaş hüququnu kobud şəkildə pozaraq qanunsuz protokol tərtib etmişdir. Bildirmişdir ki, bu məsələ ilə əlaqədar olaraq o, 102 xidmətinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi elektron saytına müraciət etmişdir, lakin heç bir nəticə əldə edə bilməmişdir. xx.xx.2020-cı il tarixdə mövcud qərardan tərəfindən şikayət verilmiş, Daxili İşlər Nazirliyi tərəfindən həmin şikayət 001-39949A-4120 nömrəsi ilə qeydiyyata alınmışdır. Elektron ünvana xx.xx.2020 ci il tarixdə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, onun “icazə.gov.az” portalında ölkə ərazisi hərəkəti üçun müvafiq icazəsi olmamışdır. Bir daha bildirmişdir ki, Nazirlər Kabinetinin xx xxxx 2020-cı il tarixli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərdə tutulmuşdur. O, Bakı şəhərinə buraxılmamağı səbəbindən barəsində protokol tərtib edilən zaman qərarda göstərilən şəhərlərin heç birində olmamışdır. Bakı şəhərinə isə buraxılmadığına gorə Bakı ərazisində inzibatı tənbeh tədbiri tətbiq edilməmiş, aidiyyəti olmayan başqa ərazidə həmin protokol yazılmışdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət X6 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə saat 20:56 radələrində Ələt karantin postundaepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi xx.xx.2020-ci il tarixdə sərbəst hərəkət etməsi üçün icazəsinin olmasını qeyd etsə də, onun Bakı şəhəri ərazisində hərəkətinə icazə verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikası DİN Baş Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar