Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2132/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X4 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X12 EQ ******* saylı, xx xxxx 2020-ci il tarixli qərardan şikayət verərək, AR İXM-nin 327.2-ci maddəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada barəsində çıxarılan EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki,o, xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində “Mercedes” markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Təbriz küçəsi istiqamətində hərəkət etmişdir. Bir neçə saat sonra “SMSRadar” mobil tətbiqi vasitəsilə ona həmin gün saat 10:22-də Təbriz küçəsində “Yol hərəkəti haqqında” AR Qanununun 60-cı maddəsinin 11 hissəsinin tələbinə riayət etməyərək svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyi üçün AR İXM-nin 327.2-ci maddəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar göndərilmişdir. Qərara yol hərəkəti qaydasını pozmağını təsdiq edən xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntü də əlavə edilmişdir. Bildirmişdir ki, o, Təbriz küçəsi ilə hərəkət edərkən svetofor obyektinin yanındakı ağacın qanadı svetoforun qadağanedici siqnalının qarşısını tutmuşdur və svetoforun heç bir qadağanedici siqnalı yanmırdı. Bundan başqa yolayrıcına daxil olduğu üçün yolunu davam etdirmək məcburiyyətində qalmışdır. Qərara əlavə edilmiş yol hərəkəti qaydasını pozmağını təsdiq edən xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntüdə isə svetoforun hər hansı bir siqnalının yandığını görmək mümkün deyil. Barəsində çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın əsassız olduğuna əmin olmaq üçün o, svetofor obyektinin yerləşdiyi əraziyə gəldi. Və burda svetofor obyektinin yanındakı ağacın qanadının svetoforun bütün siqnallarının qarşısını tutduğunu, svetofor obyektinin hazırlıq, irəli və saniyəölçən siqnallarının yanmaması və bir neçə saniyəlik svetoforun, ümumiyyətlə, heç bir siqnalının yanmamasını müşahidə etdi və şəxsi telefonu ilə qeydə aldı. Daha sonra müvafiq qanunvericiliyə uyğun olaraq DİN-in Növbətçi Hissələri İdarəetəmə Xidmətinin “102”, “902” Xidməti-Zəng mərkəzləri, AR DİN Baş Dövlət X15 və Bakı şəhər Dövlət X15 və nəhayət, AR X9 müraciət etdi. Əlaqə saxladığı “902” Xidməti-Zəng mərkəzi və AR DİN Baş Dövlət X10 səlahiyyətli şəxsləri xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntüdə yol hərəkəti qaydasını pozmağını təsdiq edən hər hansı fakt olmadığını bildirsələr də, lakin Bakı şəhər Dövlət X7 aldığı cavab məktubunda izahat verilmədən yol hərəkəti qaydasını pozmağının təsdiqini tapması bildirilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, etdiyi müraciət və haqlı narazılıqlardan sonra BDYPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq məlum yerdəki svetafor obyektinə baxış keçirildiyini, svetaforun nasaz olduğunu və iradımın əsaslı olduğunu bildirərək təmir üçün BNA-nə müraciət etməyini söyləmişdir. Daha sonra BNA-ni məlumatlandırdıqdan sonra adıkeçən qurum tərəfindən svetafor obyektinin nasazlıqları aradan qaldırılmış, siqnallarının sürücü tərəfindən görünməsinə mane olan ağacın budaqları budanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən AR İXMnin 327.2-ci maddəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada barəsində çıxanlan EQ ******* nömrəli inzibati tənbeh vennə haqqında elektron qərarın ləğv edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X12 xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, onun svetofor obyektinin düzgün işləməməsi səbəbindən barəsində əsassız inzibati tənbeh vermə haqqında elektron qərar tətbiq edilməsi haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 rəhbərliyinə ünvanladığı müraciət və həmin müraciətin bugünədək araşdırılmaması barədə DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin «102» Xidməti-Zəng mərkəzinə verdiyi məlumat əsasında iştirakı ilə araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, DİN BDYPl-nin rəhbərliyinə ünvanladığı ilkin müraciəti xx.xx.2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 daxil olmuşdur. Bildirmişlər ki, xx.xx.2020-ci il tarixdə X4 «Mercedes» markalı 10-SG-Ö40 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Təbriz küçəsində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin İİ hissəsinin tələbinə riayət etməyərək svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirməyi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş və Baş Dövlət X12 X1 məlumatına əsasən avtomobilin onun istifadəsində olması müəyyən edildiyindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun iştirakınız olmadan barəsində İXM-nin 327.2-ci maddəsi üzrə Qanunvericiliklə müəyyən edilmiş qaydada EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tətbiq olunaraq MİS tərəfindən baxılması üçün Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Yol hərəkəti qaydasını pozmağı xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən təsdiqini tapmış və həmin görüntülər ona göstərilmişdir.Araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Nəzərinə çatdırmışlar ki, araşdırmanın nəticəsindən narazı qaldığı halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. EQ ******* saylı, xx xxxx 2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərara əsasən İ.Vəliyev İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İşə baxılarkən şikayətçinin məhkəməyə təqdim etdiyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 təqdim edilmiş inzibati xətanın videogörüntüsünə baxış zamanı müəyyən edilir ki, şikayətçinin idarə etdiyi avtomobil işıqforun qırmızı işığı yandıqdan sonra yolayrıcına daxil olur. Belə ki görüntülərdə işıqfora çatmamış elektrik dirəyinin kölgəsi yolda görünür. Həmin kölgə ilə işıqfor arasına 1 avtomobil yerləşir. Videodan görünür ki, şikayətçinin avtomobili həmin kölgəyə çatan anda işıqforun qırmızı işığı yanır, bununla belə sürücü avtomobilini idarə edərək qırmığı işıqda həmin kölgəni, sonra isə işıqforu keçərək yolayrıcına dixil olur. Həmçinin videodan görünür ki, həmin yolun qarşı tərəfində də avtomobillər hərəkətini dayandırmış, lakin şikayətçi avtomobilini idarə edərək yolayrıcına daxil olur. Şikayətçiyə təqdim edilmiş videogörüntüdəki şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanıtörətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X12 EQ ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2132/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2132/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver