Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-214/2021 19.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və PPX əməkdaşlarının kobud davranışını və protokolun əsassız yazılması nəzərə alaraq xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Ş.Mehdiyev küçəsində avtomobildə tanışı ilə birlikdə hərəkətdə olarkən, yolda “Salyansk kazarma” deyilən tərəfdə yolda avtomobilini saxlayıb, siqaret çəkmək üçün yerə düşmüşdür. Yolda avtomobilinin arxa tərəfindən siqaret çəkərkən polis əməkdaşı ona yaxınlaşaraq tibbi maskadan istifadə etmədiyini bildirdilər. O, onlara tibbi maskanın taxılı vəziyyətdə olduğu, lakin çənəsindən aşağıda olduğunu bildirib. Həmçinin siqaret çəkdiyi üçün maskanı çənəsinin altına saldığını bildirib. Polis əməkdaşları ona bildirmişlər ki bura siqaret çəkmək yeri deyildir, o da polislərə bildirmişdir ki, bu yolda siqaret çəkmək üçün yeri göstərin, orada siqaret çəksin. Lakin DİN-in 102 çağrı mərkəzinə etdiyi zəngin onları hiddətləndirməsindən sonra onlar onu bölməyə apardılar və onun barəsində 27-ci Polis Bölməsində MN ******* saylı protokol tərtib edildi. O, protokoldan “AsanPay” dövlət ödəniş sistemi vasitəsi ilə şikayət etməyə çalışsa da, sistemdə yaranmış problemə görə şikayət edə bilmədi. DİN-ə etdiyi elektron müraciətə cavabı xx.xx.2020-ci il tarixdə verdikləri üçün məhkəməyə indi müraciət edib. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “ASAN” ödəniş sistemindən çıxarış məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinmiş 100 manat cərimə edilmişdir. Həmçinin iş materiallarında olan Yasamal RPİ-nin H.Rüstəmzadəyə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, X3 Karantin rejimi qaydasını pozduğundan, İXM-nin 211.2-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, MN ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən 100 manat inzibati zərimə edilmişdir. Araşdırma zamanı protokolda qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Şikayətçi faktiki olaraq şikayətində də qeyd edir ki, yolda qoruyucu vasitəni (tibbi maska) tənəffüz yollarında (burun və ağız) saxlamayaraq, çənəsinin altında saxlayarkən və yolda avtomobilini saxlayıb, avtomobildən çöldə avtomobilinin arxa tərəfində siqaret çəkərkən polis əməkdaşları ona yaxınlaşmışlar. Bununla da qoruyucu vasitələrdən istifadə qaydası pozulmuşdur. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-214/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-214/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver