Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2145/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2021-ci il tarixdə " AZERİ EXPRESS" sürətli Poçt Daşınmanın kuryeri, "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "tərəfindən göndərilmiş zərfi onlara təqdim etdikdən sonra onlara məlum olmuşdur ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar, sanitarepidemioloji xidmətin əməkdaşı tərəfindən aparılmış monitorinq zamanı "Aya Sofiya" restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinin pozulması faktları guya aşkar olunmuşdur. Barələrində 07.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmiş və bu barədə inzibati xəta haqqında iş üzrə 12.08.2021-ci tarixli 04-16/5632-2021 nömrəli bildiriş guya onlara göndərilmişdir. Bildirmək istəyir ki, onlara cavabdeh tərəfindən heç bir bildiriş, inzibati xəta haqqında protokol təqdim olunmamışdır. İşçinin fasilə vaxtına təsadüf edən sanitarepidemioloji xidmətin əməkdaşı şifahi olaraq işçiyə irad bildirmişdi və aydınlıq gətirilmişdi ki, işçinin fasilə vaxtıdır yemək fasiləsindədir, yemək yeyir. Sanitar-epidemioloji xidmətin əməkdaşı protokol tərtib etdiyini bildirməmişdi, onlara bir də belə nöqsana yol verilməyəcəklərini qeyd etdirmiş və onlara heç bir sənəd təqdim etmədən çıxıb getmişdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 qızı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin səlahiyyətli nümayəndəsi X3 şiakyətə etirazını bildirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı qərarının əsaslı olduğunu bildirərək qeyd etmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təlimat və qaydaların təsdiqlənməsi ilə bir sıra müəssisələrdə, o cümlədən qapalı məkanlarda tibbi maskalardan istifadə məcburidir. Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə aidiyyəti qurumların səlahiyyətindədir. “Aya Sofiya” restoranın işçisi tibbi maskadan düzgün istifadə etməməsi ilə bağlı qaydaları ilə bağlı, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmuşdur. Buna görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Aya Sofiya” restoranın sahibkarı X2 (AA1519649) 7.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında X2 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1 və 1.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Həmin qərarın 2-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə də, X4 qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Digət tərəfdən məhkəmə qeyd edir ki, dövlət orqanının inzibati xətanın baş verməsi ilə bağlı tərtib etdiyi 07.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 inzibati xətanın törədildiyini təsdiqləyir və bir daha belə hala yol verilməyəcəyinə dair öhdəlik götürür. Bir sözlə hazırda qərardan şikayət verən şəxs tərtib edilmiş protokola əsasən xətanın baş verdiyini özü etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 oqızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 26.08.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2145/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2145/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver