Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-215/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli EQ 16116535 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokola əlavə edilmiş İnzibati tənbeh vermə haqqında elektron qərar yanlış tərtib olunduğundan təqdim edilmiş protokol və ona əlavə edilmiş materiallar onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan EQ 16116535 saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs məxsus “Audi Q7 minik” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən edilmiş hərəkət sürətini 27 km/saat haddində aşmışdır. Buna görə də Şəxs İXM-nin 328.2-ci maddəsinin tələblərini pozduğuna görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə 50 manat məbləğində cərimə müəyyən olunmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında tənbeh vermə haqqında EQ 16116535 saylı xx.xx.2023-cü il tarixli qərarda göstərilən inzibati cərimənin məbləği mövcud qanunvericiliyin tələbləri pozulmaqla həmin maddənin sanksiyasında göstərilən məbləğdən yuxarı həddə müəyyən olunmuşdur. Buna görə də xx.xx.2023-cü il tarixdə İXP ******* saylı protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-215/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-215/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver