Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2151/2022 09.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin adından X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 26 aprel 2022-ci il tarixdə Hüseyn Cavid prospekti 11 ünvanından üzü Mikayıl Müşfiq küçəsinə doğru ona məxsus olan “Hyundai Elantra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 13:55 radələrində Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru Polis X1 ona yaxınlaşmış və özünü təqdim edərək sənədlərini tələb etmişdi. O, səbəb kimi yol hərəkəti nişanının tələbini pozduğunu bildirmişdi. O, hər hansı qayda pozuntusu etmədiyini deyərək buna etirazını bildirsə də, o buna əhəmiyyət verməyərək X9 Haqqında AR Qanununun 59cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan İXM-nin 327.2 maddəsi ilə İXP ******* saylı Protokol tərtib edərək məsuliyyətə cəlb etmişdir. O, buna etirazını və cərimə yazılmasına iradını bildirmişdir. Qanunvericiliyin müddəaları pozulmaqla qəbul edilmiş bu əsassız qərarlar onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin adından X7 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. X4 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur.Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Taleh Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, T.Məmmədov 26 aprel 2022-ci il tarixdə “HYUNDAİ ELANTRA” minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hüseyn Cavid pr.11 ünvanında Bakı şəhər DYPİ YPX inspektoru polis X1 tərəfindən tərəfindən saxlanılmış və barəsində 26 aprel 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi istinad edilən inzibati xətanın həqiqətən də baş verib verməməsinin müəyyən edilməsi məhkəmə araşdırması zamanı mümkün olmadığından qərar qəbul etmiş orqan tərəfindən şikayətdə qeyd edilənlər T.Məmmədovun iştirakı ilə ətraflı araşdırılmalı və onun nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər X13 İdarəsinin 26 aprel 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri X13 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2151/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2151/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver