Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2152/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X1, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafael oğlunun iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 6 ev 43-də qeydiyyatda olan və yaşayan Şəxs Rafael oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Rafael oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Orxan Məmmədov protokolu müdafiə edərək bildirdi ki, 13.09.2021-ci il tarixdə saat 15:40-da Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanın qarşısında Şəxs Rafael oğlunun etibarnamə ilə idarə etdiyi **-FE-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin arxa yük hissəsində şəxsi istifadəsində olan 366 kalibrli, “VPO-213Л” markalı “ПН 6666 nömrəli yivsiz lüləli ov silahının və onun susatının saxlanılması və daşınması qaydalarını pozması faktı aşkar edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə haqqında 17 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən silahın müsadirə edilməsi və müvafiq cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafael oğlu izahatında bildirdi ki, 366 kalibrli, “VPO-213Л” markalı “ПН 6666 nömrəli yivsiz lüləli ov silahı özünə məxsusdur. Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsi tərəfindən 1483 nömrəli Şəhadətnamə ilə 18.06.2021-ci il tarixdə ona verilmişdir. Şəxsi istifadəsində olan yivsiz od silahının və sursatının saxlama qaydasına əməl etməyib. Onları ov dükanından əldə edib və ov etməklə məşğuldur. Məhkəmədən silahın müsadirə edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Rafael oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Rafael oğlu idarə etdiyi **-FE-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin arxa yük hissəsində şəxsi istifadəsində olan 366 kalibrli, “VPO-213Л” markalı “ПН 6666” nömrəli yivsiz lüləli ov silahının və onun susatının saxlanılması və daşınması qaydalarını pozmuş, bununla da İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 18.06.2021-cİ il tarixli 1483 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 366 kalibrli, “VPO-213Л” markalı “ПН 6666 nömrəli yivsiz lüləli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarında olan maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokoldan görünür ki, avtomobildə olan 366 kalibrli, “VPO-213Л” markalı “ПН 6666 nömrəli yivsiz lüləli ov silahı və üzərində 366TKM yazısı olan 52 ədəd patron götürmə prosesində olan şəxslərin iştirakı ilə götürüldü və sintetik torbaya qoyularaq qablaşdırılmış, üzəri zərflər üçün nəzərdə tutulmuş DİN-nin 6 saylı möhürü ilə möhürlənmişdir. Beləliklə də inzibati iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs Rafael oğlu 366 kalibrli, “VPO-213Л” markalı “ПН 6666 nömrəli yivsiz lüləli ov silahının və onun susatının saxlanılması və daşınması qaydalarını pozmuş, ona görə də barəsində inzibati xətanı törətməsi barədə haqqında 17 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” qaydalarının 3.13-cü bəndinə görə vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin qaydaların 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Həmin qaydaların 4.6-cı bəndinə əsasən silahların, onların gəzdirilməsi zamanı döyüş vəziyyətində olmasına, bir qayda olaraq, yol verilmir. Silahlar gəzdirilərkən onların döyüş vəziyyətinə gətirilməsinə yalnız zəruri müdafiə və son zərurət şəraitində qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir. Həmin qaydaların 4.7-ci bəndinə əsasən yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ona məxsus “VPO-213Л” markalı “ПН 6666 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməklə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2152/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2152/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver