Məhkəmə qərarları › İş №3(004)-2156/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2156/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2156/2023 02.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 14 fevral 2023-cü il tarixli EQ seriyalı 13127851 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 14 fevral 2023-cü il tarixli EQ seriyalı 13127851 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, xx.xx.2023-ci il tarixində ona məxsus olan “Toyota” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Q.Xəlilov küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən barəsində foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə Azərbaycan Respublikası İXM-nin 327.23, 1.1, 1.3 və üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriye dönmə qaydalarının pozulması ilə EQ 13127851 saylı inzibati protokol tərtib olunmuşdur və xx.xx.2023-ci il tarixində sms vasitəsi ilə ona bildirilmişdir. xx.xx.2023-cü il tarixində 10:30 saat radələrində Q.Xəlilov küçəsində xətanın törədildiyi yerə baxış keçirmişdir. Yolun həmin hərəkət hissəsində tam aydın olmayan, hərəkətin ziddiyətin təşkil edəcək formada qırıq və üfüqi xətlərin üst üstə çəkilməsini aşkarlamışdır. Bir müddət əvvəl yolun həmin hərəkət hissəsindən sola ve geriyə dönmə nişanı qüvvədə olduğu üçün qayda ilə icazə var idi. Hərəkət nişanları arasında ziddiyyət açıq şəkildə görünür. xx.xx.2023-cü il tarixində inzibati xəta haqqında protokoldan elektron şikayət ərizəsi ilə BŞDYP-ya müraciət etdim. xx.xx.2023-ci il tarixində şikayətin araşdırılması üçün BŞDYP-nin idarəsinə dəvət olunmuşdur. Ona bildirilmişdir ki, 20 iş günü ərzində məsələ araşdırılıb məlumat veriləcək. Lakin, xx.xx.2023 tarixində yenidən özü telefon vasitəsilə əlaqə saxlamış və ona bildirilmişdir ki, qərarı BŞDYP-nin idarəsinin dəftərxanasından əldə etsin. Sözügedən qərarı BŞDYP idarəsinin dəftərxanasından xx.xx.2023 tarixində əldə etmişdir. Qərarın surəti ona rəsmi qayadada çatdırılmadığı üçün hesab edir ki, şikayət üçün nəzərdə tutulan müddət ötürülməmişdir. Protokolun araşdırılması və qərarın ona bildirilməsi 2 ay müddətindən çox olduğuna görə, cərimə məbləğinin üzərinə dəbbə pulu hesablanıb və hal-hazırda da hesablanır. Qeyd olunanları nəzərə alaraq barəsində BŞDYP tərəfindən tərtib olunmuş EQ 13127851 saylı xx.xx.2023ci il tarixli protokolu və onun əsasında qəbul olunmuş B-18952 nömrəli xx.xx.2023-ci il tarixli inzibati tənbeh etmə haqqmda qərarı ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 14 fevral 2023-cü il tarixli EQ seriyalı 13127851 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 fevral 2023-cü il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, fotoşəkildəki avtomobil ona məxsusdur. Məhkəməyə ərizə ilə müraciət etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 14 fevral 2023-cü il tarixli EQ seriyalı 13127851 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 xx.xx.2023-cü il tarixdə saat 09:13-də Yasamal rayonu, Vellinqton yaşayış massivində “Toyota Prius” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 tərəfindən təqdim edilmiş fotogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, “Toyota Prius” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində 1.3 nişanlanma xəttinin tələbini pozaraq sola hərəkət etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1 - 1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 14 fevral 2023-cü il tarixli EQ seriyalı 13127851 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 fevral 2023-cü il tarixli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar