Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2161/2021 01.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP 707381 saylı, 27.12.2016-cı il tarixlı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş 12.01.2017-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırdı ki, 12.01.2017-ci il tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə olunmağı barədə inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Qeyd olunan qərar ona rəsmi olaraq 08.09.2021-ci il tarixdə təqdim olunmuşdur. Bildirmişdir ki, cərimə olunduğu bölgədə hər hansı piyada keçidi olmadığına görə məcbur qalaraq həmin ərazidən yolu keçmişdir. Buna görə də həmin qərardan narazıdır və ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP 707381 saylı, 27.12.2016-cı il tarixlı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş 12.01.2017-ci il tarixli qərara əsasən X6 27 dekabr 2016-cı il tarixdə saat 18:05 radələrində piyada yolunu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində “piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçməsinə” görə İXM-in 338.2-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İşə baxılarkən şikayətçinin şikayətində və özünün izahatından da görünür ki, şikayətçi “piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçmişdir”. Şikayətçi özü də bunu şikayətində və izahatında etiraf edir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP 707381 saylı, 27.12.2016-cı il tarixlı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş 12.01.2017-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2161/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2161/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver