Məhkəmə qərarları › İş №3(004)-2166/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2166/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2166/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Daxili İşlər Nazirliyi Yasamal Rayon Mühafizə İdarəsinin rəisi Əşrəf Allahyarov barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və onların əsasında inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli MN1612689 saylı Qərar qəbul edilmişdir. Belə ki, müvafiq qurum xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola görə X7 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi, son haqq-hesabın isə xx.xx.2023-cü il tarixində ödənildiyini və xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokola görə X5 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-in 69.1-ci maddəsinə əsasən xitam verildiyini, son-haqq hesabın isə xx.xx.2023-cü il tarixində ödənildiyini və bununla da hər iki hal üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilmiş inzibati xətanın törədildiyini müəyyən etmiş, sonuncu maddə ilə xx.xx.2024-cü il tarixli MN1612689 saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının “Polis Haqqında” Qanununun 40-cı maddəsinin İİ bəndinə əsasən, Azərbaycan Respublikasının polis orqanları müəyyənləşdirilmiş normalar əsasında xüsusi geyim forması, odlu silah, döyüş sursatı, xüsusi vasitələr, texnika və xüsusi təchiz olunmuş binalar və nəqliyyat vasitələri ilə təmin edilirlər. Bunlar isə, şübhəsizdir ki, polis fəaliyyətinin həyata keçirilməsi məqsədilə müvafiq vəzifəli şəxslər üçün təmin edilir. Diqqətə çatdırır ki, X8 və X7 əmək müqavilələrinə müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində xitam verildiyindən və həmin fəaliyyəti həyata keçirmələri üçün maddi-texniki təminat formasında onların istifadəsinə verilən xidməti geyim və əşyaları onlar tərəfindən müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Yasamal Rayon Mühafizə İdarəsinə təqdim edildiyi üçün onların son haqq-hesabı da buna uyğun olaraq ödənilmişdir. Bu səbəbdən, DƏMX-in xx.xx.2024-cü il tarixli MN1612689 saylı Qərarını qeyri-qanuni və əsassız hesab edir. Odur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Daxili İşlər Nazirliyi Yasamal Rayon Mühafizə İdarəsinin rəisi Əşrəf Allahyarov barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1612689 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, şikayət vermiş tərəf məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclası təxirə salınmış, bununla da 2 dəfə həm rəsmi məktubla, həm də şikayət vermiş şəxsin şikayətində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə təyin edilmiş iclas barədə xəbərdar edilmiş, xəbərdarlıq telefon sahibi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Həmçinin şikayətçinin nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi, iclasın növbəti vaxta təxirə salınmasını xahiş etsə də, səhhəti ilə bağlı hər hansı bir tibbi sənədə istinad etməmiş, məhkəməyə göndərməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X6 tərəfindən X7 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, son haqq-hesab isə xx.xx.2023-cü il tarixində ödənilmişdir və X5 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-in 69.1ci maddəsinə əsasən xitam verilmiş, son-haqq hesabın isə xx.xx.2023-cü il tarixində ödənilmişdir. X3 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan əməli törətmiş və 700 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoluna əsasən X7 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, son haqq-hesab isə xx.xx.2023-cü il tarixində ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola görə X5 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-in 69.1-ci maddəsinə əsasən xitam verilmiş, son-haqq hesab isə xx.xx.2023-cü il tarixində ödənilmişdir. Hazırkı iş üzrə şikayətdən məlum olur ki, əmək müqaviləsinə xitam verildikdən sonra işçinin son haqq-hesabı ödənilməmişdir. Həmçinin işçinin son haqq-hesabının sonuncu iş günü ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar