Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2167/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər X10 İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 04 aprel 2024-cü il tarixdə ona məxsus olan “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsi ünvanında yerləşən dairəyə tərəf hərəkət etdiyi zaman X9 əməkdaşı tərəfindən barəsində AR İXM-nin 327.2-ci maddəsinə əsasən, TP6392566 nömrəli xx.xx.2024-cü il tarixli inzibati qərar tərtib edilmişdir. Hesab edir ki, aşağıdakı səbəblərə görə barəsində çıxarılmış həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Hadisə 04 aprel 2024-cü il tarixdə baş vermiş və inzibati qərar tərtib edilərək ona təqdim edilmişdir. AR İXM-nin 327.2-ci maddəsini pozduğu iddia edilərək ona 80 manat əsassız cərimə yazılmışdır. Belə ki, o, avtomobilində Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlandırılan ərazinin əks istiqaməti ilə, səhər saatlarında daim tıxaclı olan yolla Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsi istiqamətində hərəkət edirmiş. Qeyd olunan Yol Polisi İdarəsinin giriş hissəsinə yaxınlaşdıqda tıxac olduğu üçün dairəyə girən avtomobillər ümumiyyətlə görsənmirdi. Onun yolun sağ istiqaməti ilə, onun solunda isə hündür Jeep maşını hərəkət edirdi. Tıxaclarda dairəyə yaxınlaşdıqda yol hərəkəti qaydalarına riayət etmək mümkün olmur və ya çox çətin olur, çünki dairəyə girən avtomobillər aralıdan görsənmir. O, artıq dairəyə girdikdən sonra qeyd etdiyi Jeep avtomobili sol tərəfini bağladığı üçün dairəyə girmiş və onun solundan tuşuna qəflətən yaxınlaşan DYP avtomobilini görməyərək onun qarşısına çıxmışdır. Bu halda o, avtomobili saxlasaydı yol tamamilə bağlanacaq idi, arxaya versəydi arxadakı avtomobilə çarpacaqdır. Bu səbəbdən məcbur olub irəli sürmüşdür. Dairəyə girən qeyd olunan DYP əməkdaşı (avtomobildə tək idi, DYP əməkdaşının tək olduqda cərimə tərtib etməyi qanunsuzdur) işarə edərək onu saxlamış və dərhal cəriməni tərtib etmişdir. O, ona bildirmişdir ki, o, hərbiçidir, 20 il səngərlərdə can qoymuşdu, nizam-intizam və qayda-qanun nədirsə bilib riayət edir. Bildirdi ki, ölkədə harınlamışlar istisna olmaqla, hansı vətəndaş dairəyə girən DYP avtomobilini görüb qudurğancasına onun qraşısına sürüb dairəni keçə bilər? Xeyiri olmadı. O onu saymadan cəriməni tərtib etmişdir. Əgər əməkdaş iddia edirsə ki, o, həqiqətən qəsdən bu əməli həyata keçirmişdir, o zaman sübut etmə yükü onun üzərindədir və onun bu inzibati əmələ görə təqsirli olduğunu sübut etməlidir. Bakı şəhəri DYPİ tərəfindən barəsində çıxarılmış TP ******* nömrəli xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. Hazırda video materialları məhkəməyə təqdim edir. Aydın şəkildə görsənir ki, şikayət verən şəxs dairədə əsas yolla hərəkətdə olan avtomobillərə yol verməli olduğu halda, nəqliyyat vasitəsini saxlamadan hərəkət edir və qəza şəraiti yaradır. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən X5 04 aprel 2024-cü il tarixdə saat 08:27 radələrində “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda hərəkət edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X9 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X3 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Ona görə də şikayətçinin həmin yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsində İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2167/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2167/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver