Məhkəmə qərarları › İş №3(004)-2168/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2168/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2168/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, Baki şəhəri X5 üzrə Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN №0240719 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş qaydaların pozulmasına görə təqsirli bilinib 3000 manat məbləğində cərimə olunmuşdur.Məlumat üçün bildirmişdir ki, o, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mövcud pandemiya ilə əlaqədar olaraq işlədiyi kafenin fəaliyyəti uzun müddət dayandırılmış və məlum Nazirlər Kabinetinin qərarından sonra müəyyən olunmuş qaydalara uyğun olaraq xx xxxxxx 2020-ci il tarixdən fəaliyyətə başlamışlar. Fəaliyyətə başladıqları ilk gündə yəni, xx xxxxxx 2020-ci il tarixdə ƏVBİ- nin əməkdaşları və Nəsimi rayonu icra hakimiyyətinin əməkdaşı tərəfindən kafeyə baxış keçirilmiş və guya onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami 83 ünvanında yerləşən kafedə qida qəbulu zamanı oturacaqlar arasında 1 metr, yemək stolları arasında isə 2 metr ara məsafəsi gözlənilməməsi aşkar edilmişdir. Nəticədə qeyd olunan xx xxxxxx 2020-ci il tarixdə MN № ******* nömrəli protokol tərtib olunmuş və sonuncu xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş qərarla inzibati cərimə olunmuşdur. Məlumat üçün bildirmişdir ki, yoxlanış aparılan zaman o, Azərbaycanda olmamış, Türkiyə Respublikasında olmuş və xx.xx.2020-ci il tarixində Azərbaycana qayıtmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı qərarı qanunun tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin tarixdə vergi xidmətinin əməkdaşları kafenin ərazisində olan stollar və stullar arasında olan məsafəni hər hansı texniki vasitələrlə ölçülərini müəyyən etmədən, sadəcə baxış keçirməklə kifayətlənmiş və iş üzrə olan protokol tərtib etmişlər, protokolun tərtib olunması zamanı şahidlərinin iştirakını təmin etməmişlər. Halbuki, fəaliyyət göstərdiyi kafedə stollar və stullar arasında olan məsəfələr əvvəlcədən onun göstərişinə əsasən inzibatçı tərəfindən ölçülmüş və müəyyən olunmuş qaydalara uyğun yerləşdirilmişdir. Hal-hazırda da kafe eyni qaydada fəaliyyət göstərir. Göründüyü kimi, vergi xidmətinin əməkdaşları heç bir sübut olmadan və qanunun tələblərinin pozulması ilə nəticələnən protokol tərtib elmişlər və bunun nəticəsində o, qəbul olunmuş qərarla qanunsuz olaraq cərimə olunmuşdur. Bu səbəbdən hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli MN №0240719 saylı qərar ləğv olunmalıdır. Şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 saylı Qərarın tələbləri pozulduğuna görə X3 İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib3000 manat cərimə edilmişdir. Həmin qərar MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar