Məhkəmə qərarları › İş №3(004)-2168/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2168/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2168/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru X1 və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Ovad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X5 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollarda göstərilir ki, Şəxs Ovad oğlu 04 may 2022-ci il tarixdə saat 00:19 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilir ki, Şəxs Ovad oğlu 04 may 2022-ci il tarixdə saat 00:30 radələrində polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, 04 may 2022-ci il tarixdə saat 00:19 radələrində Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı X6 xidmətdə olarkən “Saipa” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti haqqında qanunun tələblərini pozduğu üçün tərəfindən salxa əmri verilmişdir. Lakin sürücü Şəxs polisin əmrinə tabe olmayaraq avtomobili idarə etməyə və oradan uzaqlaşmağa davam etmişdir. Yenidən həmin avtomobilə saxla əmri verilmiş bu zaman Şəxs avtomobili sağa polis maşının üzərinə doğru sürərək ona çırpılmış və hər iki maşına ciddi ziyan dəymişdir. Şəxs sərxoş olmasından şübhələnildiyi üçün tibbi müayinədən keçməsinə zərurət yaranmışdır. Tibbi müayinə zamanı Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, 04 may 2022-ci il tarixdə saat 00:19 radələrində Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı ”Saipa” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qaydaları pozduğu üçün tərəfindən saxla əmri verilməsinə baxmayaraq öz hərəkətinə davam edərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bundan əlavə həmin sürücü avtomobili birdən sağa çəkərək polis avtomobilinə zərbə endirmiş və qəzaya səbəb olmuşdur. Sürücünün sərxoş olmasından şübhələnildiyi üçün tibbi müayinədən keçirilmiş və sorxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.1-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, 03 may 2022-ci il tarixdə restoranların birində spirtli içki qəbul etdikdən sonra özünə məxsus “Saipa Sanina” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək evə tərəf hərəkət etməyə başlamışdır. Yasamal rayonu, Mətbuat prospekti ilə hərəkətdə olduğu zaman arxasınca gələn dövlət yol polisinin xidməti avtomobilindən ona saxla əmri verilməsini görüb avtomobili saxlamaq istəyərkən polis əməkdaşı idarə etdiyi avtomobil ilə onun avtomobilinin arxa sağ hissəsindən vurmuşdur. Hər iki avtomobilə ziyan dəymişdir. Bundan sonra yol polisi əməkdaşı ondan avtomobildən enməsini tələb etmiş və 26-cı polis bölməsinin əməkdaşları onu sərxoşluq dərəcəsini təyin etmək üçün tibbi müayinədən keçirmişlər və sərxoş olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 04 may 2022-ci il tarixdə saat 00:19 radələrində “Saipa” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qaydaları pozduğu üçün tərəfindən saxla əmri verilmişdir. Lakin buna baxmayaraq sürücü öz hərəkətinə davam edərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bundan bir müddət sonra ünvan 2 ünvanda onun saxla əmrinə tabe olmayan sürücü idarə etdiyi avtomobili anidən sağa manevr edərək qabaq sağ hissəsi ilə onun idarə etdiyi “BMW-328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı YPX-nin avtomobilinin sol yan hisəsindən vurmuş və zərbənin təsirindən o idarə etməni itirərək yolun kənarında səki üzərinə çıxaraq ön qabaq hissə dəmir dirəyə çırpılmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri R.Xəlilov və R.Yusubov tərəfindən Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 04 may 2022-ci il tarixdə sat təxminən 00:30 radələrində Mətbuat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində Yasamal rayonu YPX-nin 284-cü ekipajı qəza törətməsi ilə bağlı olaraq onlara həmin yerə çağırmışdır. Onlar həmin yerə yaxınlaşdıqda görmüşdür ki, “Saipa” markalı avtomaşınlı YPX-nin 284 çağırışlı avtomaşını bir-biri ilə toqquşaraq yoldan çıxıb yol nəqliyyat hadisəsi törətmişdir. Onlar YPX-nə tabesizlik göstərərək hadisə törədən və sərxoşluqda şübhəli olan sürücünü 26-cı PB-nə gətirib NH təhvilvermişlər. 26-cı PB-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. 04 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 04 may 2022-ci il tarixli 2/14482 nömrəli aktından görünür ki, Şəxs Ovad oğlunun sərxoşluq dərəcəsi 1.5 promilli ilə qiymətləndirilir. “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, “Saipa” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil Mətbuat prospektində toqquşaraq qəza törətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Ovad oğlunun İXM-in 333.3 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Ovad oğlunun xidməti vəzifəsini yerinə yetirən yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə İXM-in 333.3-cü maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 04 may 2022-ci il tarixdə Yasamal rayonu, Mətbuat prospektində avtomobili sərxoş halda idarə edərək yol nəqliyyat hadisəsi törətmiş, bunun nəticəsində zərəçəkmiş şəxsə maddi zərər vurmuş və Yasamal rayon polis idarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 333.3 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 04 may 2022-ci il tarixdən, saat 00:19-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 04 may 2022-ci il tarixdən saat 00:19-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar