Məhkəmə qərarları › İş №3(004)-2175/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2175/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2175/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1990-cı ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsxx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 22-də yerləşən “Köz dönər” kafesində işləyən X2 dönər sifariş verib, X.Həsənov dönər hazırlmamaq istəyərkən digər tərəfə dönəndə, stolun üzərində qoyduğu və ona məxsus məxsus Xiomi markalı telefonu oğurlayıb, X.Həsənova 200 manat maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi28-cı Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki,o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşa maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 22-də yerləşən “Köz dönər” kafesində dönərçi işləyir. xx.xx.2020-ci il tarixdə Şəxs ona dönər sifariş verib, o da dönər hazırlayan zaman görüb ki, zaryadkada olan telefonu oğurlanıb, kameralara baxdıqda görüb ki, telefonu zakaz verən şəxs Xəqani oğurlayıb, bu barədə polisə şikayət edib, polislər də Xəqanini tutub. Bölmədə Xəqanini tanıyıb. Xəqani telefonunu qatarmayıb, bildirib ki, telefonu itirib. Şikayətçidir, ona görə də inzibati tədbir görülməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi28-ci Polis Bölməsininsahə inspektoru Fərid Süleymanov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Pərvin Məmmədovun xx.xx.2020-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxshəmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2020-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 14:30 radələrində tutulmuşdur. İş materiallarındakı AzEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs xx.xx.2018-ci ildə İXM-nin 227-ci maddəsi ilə tənbeh edilmiş, xx.xx.2018-ci ildə CM-nin 177.1-ci maddəsi ilə məhkum edilmiş, xx.xx.2018-ci ildə CM-nin 228.1-ci maddəsi ilə məhkum edilmişdir. Məhkəmə qeyd edilənləri şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi qiymətləndirib, onun daha ciddi inzibati tənbeh edilməsi qərarına gəlir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündəinzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 03 ay (üç ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixindən, saat 14:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi28ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar