Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2191/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TYP seriyalı133783 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TYP seriyalı133783 nömrəli inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol və ona əlavə edilmiş materiallar natamam olması səbəbi ilə 2 dəfə, yəni Yasamal Rayon Məhkəməsinin əsaslandırılmış xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli və xx xxxx 2020-ci il tarixli 3(004)-1625/2020 nömrəli qərardadları ilə natamamlıqların aradan qaldırılması məqsədilə onu tərtib etmiş quruma geri qaytarılmışdır. Bundan sonra məhkəmənin qərardadlarında göstərilmiş həmin protokol və materialda mövcud olan nöqsanlar Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən aradan qaldırılmaqla yenidən baxılması üçün məhkəməyə göndərilmiş, iş xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 3(004)-2191/2020 nömrəli yeni inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TYP seriyalı133783 nöməli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs etibarnamə ilə idarə etdiyi «Mercedes Benz E250» (minik) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlar quraşdıraraq istifadə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmişAzərbaycan Respublikası DİN Bakışəhəri BPİ DYPİ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişlər göndərilmiş, bundan başqa telefon əlaqəsi saxlanılaraq şifahi olaraq məlumat verilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmişAzərbaycan Respublikası DİN Bakışəhəri BPİ DYPİnin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbinin üzrlü səbəbləri və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, N.Ə.İsmayılovun Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli qərardadından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin iş üzrə məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında göstərmişdir ki, sürücü kimi fəaliyyət göstərdiyi “xxxxxxxxxx” MMC-yə məxsus “Mercedes Benz E250” (minik) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, hazırda istifadəsində olan həmin nəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində onda xüsusi səs siqnalının quraşdırılmasından məlumatlı olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Tbilisi prospektində polis əməkdaşları tərəfindən saxlanılarkən həmin nəqliyyat vasitəsində xüsusi səsgücləndirici siqnal və sayrışan işıqlar aşkarlandıqdan sonra bu barədə məlumatı olmuşdur. Çünki həmin cihazlar nəqliyyat vasitəsinə naqillər vasitəsilə tam olaraq birləşdirilməmiş, yəni dolayısı ilə tam təchiz edilməməklə istifadəsiz vəziyyətdə qalmışdır. Ehtimal edir ki, həmin cihazlar ondan əvvəl şirkətdə işləyən sürücü tərəfindən quraşdırılmışdır. Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(004)-1042/2020 nömrəli qərardadından həmçinin müəyyən edilir ki, protokol tərtib etmiş səlahiyyətli inzibati orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN Bakışəhəri BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X2 həmin iş üzrə məhkəmə baxışı zamanı tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə öz daxili inamına əsaslanaraq Şəxs məhkəmə baxışı zamanı qismən etirafedici izahat verərək istifadəsində olan nəqliyyat vasitəsində müvafiq icazəsi olmadan quraşdırılmış xüsusi çox avazlı səs və sayrışan işıq siqnallarından məlumatının olmaması, eyni zamanda həmin cihazın işlək vəziyyətdə olmamasına dair verdiyi məlumatları özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, iş materiallarından müəyyən edilir ki, sürücü Şəxs inzibati araşdırma zamanı öz əlyazması ilə verdiyi ilkin ifadəsində qeyd olunan xəta ilə bağlı təqsirini tam etiraf edərək bir daha xüsusi səs və sayrışan işıq siqnallarından istifadə etməyəcəyini bildirmişdir. Bundan başqa iş materiallarına olan Bakı şəhəri BPİ-nin DYPİ-nin YHNŞ-nin inspektoru X.Cəfərov tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və aşkar edilmiş əşyaların götürülməsi haqqında protokollardan görünür ki, ona müvafiq düzəlişləe edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmişdir. Həmin protokollar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs istifadəsində olan «Mercedes Benz E250» (minik) markalı **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman sayrışan işıqlar və xüsusi (çox avazlı) səs siqnalının quraşdırılması aşkar edilmişdir. Aşkar edilən cihaz, yəni sayrışan işıq və səs siqnalı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, «Mercedes Benz E250» (minik) markalı **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş cihaz istifadəsi üçün müvafiq icazə tələb olunan xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnallarıdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli digər aktadan müəyyən edilir ki, Bakı şəhəri BPİ DYPİ-nin YNHŞ-nin inspektoru Xəlil Cəfərov, həmin idarənin 10 saylı mühafizə olunan duracağının əməkdaşları, Siqnal idarəsinin növbətçisi Səxavət Kərimov, Rövşən Cəfərov, Müşviq Balakişiyev, İbrahim Əzizov və usta (danq-danq səs siqnalını sökən elektrik) Teymur Mustafayevin iştirakları ilə «Mercedes Benz E250» (minik) markalı **-AA- *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən onun üzərində quraşdırılmış çox avazlı səs və sayrışan işıq siqnallarının işlək vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli aktdan müəyyən edilir ki, “Mercedes Benz E250” (minik) markalı **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnalları Bakı şəhəri BPİ DYPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan AD seriyalı 292670 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Mercedes Benz E250” (minik) markalı **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə “xxxxxxxxxx” MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 134420 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Şəxs B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan “xxxxxxxxxx” MMC-nin direktoru tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli etibarnamədən müəyyən edilir ki, “Mercedes Benz E250” (minik) markalı **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək hüququ ilə iki il müddətinə Şəxs istifadəsinə verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs etibarnamə əsasında istifadəsində olan «Mecedes Benz» (minik) markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlar təchiz etmiş, xx xxxxx 2020-ci il tarixdə saat 16:30-da həmin nəqliyyat vasitəsini Bakı şəhəri Yasamal rayonu Tiblisi prospekti istiqamətində idarə edərkən qeyd olunan xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXMnin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanınbilavasitə obyekti olan xüsusi (çox avazlı) səs və sayrışan işıq siqnalları müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək onun barəsindəinzibati xətanın bilavasitə obyekti olmuş xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları müsadirə edilməklə 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qəbul edilmiş qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə və inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çox avazlı) səs və sayrışan işıq siqnallarının müsadirə edilməsi hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2191/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2191/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver