Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2191/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X1, Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. ev 88 D, m 3166 Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində AR İXM-in 444.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən dəyişdirilmə və ya geri qaytarılma qaydaları pozulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X2 bildirmişdir ki, Məcid Tahirov xx.xx.2023-cü il tarixində müraciət edərək bildirmişdir ki, 22 Sentyabr 2022-ci il tarixində G-471A-PCC-22 nömrəli alqı-satqı müqaviləsi ilə ümumi dəyəri 49,900 (qırx doqquz min doqquz yüz) AZN təşkil edən (gümüşü dam qara rəngli, **-EY-*** Dövlət qeydiyyat nişanlı) Baic X7 Beijing markalı avtomobilin alqı-satqısı həyata keçirilmişdir. Alqı-satqı zamanı ona kassa çeki təqdim edilməmişdir. Alqı-satqı müqaviləsi tərtib olunarkən tərəflərindən bir sıra səhvlər buraxılmışdır. Belə ki, sözügedən müqavilə imzalansan da, möhürlənməmişdir. Alqısatqının dəyəri 45.500 (qırx beş min beş yüz ) AZN qeyd olunmuş, lakin alqı-satqı zamanı sözügedən müqavilənin 1.1-ci bəndində qeyd olunmasına baxmayaraq, avtomobil ona nasaz vəziyyətdə təhvil verilmişdir. 29 sentyabr 2022-ci il tarixdə, yəni avtomobil alındıqdan bir həftə sonra avtomobilin faralarında tərləmələr, əsas orta monitorunda donmalar və sürətlər qutusunda nasazlıq üzə çıxmışdır. Bunlarla bağlı rəsmi servisə müraciət olunmuşdur. Həmin müraciətlər əsasında nasazlıqların olması servis tərəfindən təsdiqlənmişdir. Üstündən bir neçə müddət keçməsinə baxmayaraq mövcud nasazlıqlar aradan qaldırılmamışdır. Bu səbəbdən sözügedən alqı-satqını təsdiq edən kassa çəkini ona təqdim olunmasını və ödənilən 49,900 ( qırx doqquz min doqquz yüz) AZN pul vəsaitinin ona geri ödənilərək avtomobilin geri qaytarılmasını təmin olunmasını xahiş etmişdir. Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X5 bildirmişdir ki, müştəri müraciətinə uyğun olaraq Baic X7 markalı **-EY-*** DNN-lı avtomobildə olan qüsurlar üzrə dərhal istehsalçı zavoda müraciət olunmuşdur və istehsalçı zavodun tələbi əsasında bütün texniki baxış və diaqnostikanın nəticəsi cədvəl, video və foto materiallar şəklində zavoda təqdim olunmuşdur. Qeyd olunan texniki baxış və diaqnostika işlərinin icrası müddətində tərəflərindən müştəriyə müvəqqəti istifadə üçün digər avtomobil təqdim olunmuşdur. Nəticədə zavodun təsdiqi ilə avtomobildə olan bütün qüsurların zəmanətlə, müştəri ödənişi olmadan aradan qaldırılması üçün yenisi ilə əvəz olunmalı transmissiya qovşağı da daxil olmaqla, lazım olan bütün ehtiyat hissələri zavoddan sifariş olunmuşdur. Bu hissələr anbara daxil olan kimi avtomobilin tam təmiri dərhal başa çatdırılacaqdır. Qeyd edilənləri nəzərə alaraq təmsil etdiyi hüquqi şəxsin hərəkətlərində inzibati xətanın əlamətləri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 27 fevral 2023-cü il tarixli ərizənin surətindən görünür ki, X6 Şəxs MMC-yə müraciət edərək alqı-satqı müqaviləsi əsasında əldə etdiyi avtomobilə görə ödədiyi 49.900 manat məbləğinə pulun ona qaytarılmasını və həmin avtomobilin geri qaytarılmasını xahiş edir. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli, C-471A-PCC-22 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 Şəxs MMC-dən Baic X7 Beijin markalı avtomobili ƏDV daxil 45,500 AZN məbləğində əldə etmişdir. İş materiallarında olan C-471A-PCC-22 saylı alqı-satqı müqaviləsinin zəmanət şərtlərindən görünür ki, sözügedən avtomobilin mühərrikinə, surətləq qutusuna, elektron sisteminə, əyləc sisteminə və təhlükəsizlik sisteminə – 5 il /120000 km, sükan sisteminə 2 il /50000 km, şüşələr 6 ay /10000 km, audio sistemə 1 il/20000 km və sairələrə zəmanət verilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Şəxs MMC M.Tahirovun avtomobilində baş vermiş nasazlıqla bağlı müraciətindən sonra istahsalçı zavodla yazışmalar aparmışdır və hazırda anbarda mövcud olmayan hissələrin onlara göndərilməsi istənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı bir hüquqi şəxsin AR İXM-nin 444.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün onun əməlində həmin maddənin dispozitiv şərtlərinin tərkib əlamətləri mövcud olmalıdır. Başqa sözlə desək həmin hüquqi şəxs onun tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozmalıdır və bu halı aşkar edən səlahiyyətli inzibati orqan bunu aşkar etdikdən sonra inzibati xətanın mahiyyətini göstərməklə inzibati protokol tərtib etməlidir. Lakin inzibati xəta haqqında protokoldan aydın olmur ki, törədilməsi istinad edilən inzibati xəta – “satılmış malların dəyişdirilməsi qaydalarının pozulması” nəticəsində baş vermişdir, yoxsa “satılmış malların geri qaytarılması qaydalarının” pozulması nəticəsində baş vermişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozulması hallarının baş verib-verməməsinin müəyyən edilməsi məqsədi ilə mütləq qaydada Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyənhərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alqı-satqı müqaviləsi “Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanıqəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcıalıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və(və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyətiilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.” Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımikeyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzininödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pulməbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasınıtələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradanqaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həminhissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və yaalınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, “əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Göründüyü kimi qanunvericilik yalnız yuxarıda sadalanan konkret hallar mövcud olduqda hər bir şəxsə sadalanan hüquqa malik olur. Məhkəmə qeyd edir ki, nə inzabati xətanın törədilməsi barədə tərtib edilmiş sənədlərdə nə də ki, məhkəmə araşdırması zamanı satılmış avtomobildə - aradan qaldırıla bilməyən qüsurların, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurların aşkar edilməsi və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurların olmasını təsdiq edən heç bir mötəbər sübut aşkar edilməmişdir və ya təqdim edilməmişdir. Yuxarıda qeyd edilən halların mövcud olması Şəxs MMC-nin əməlində İXM-nin 444.2-ci madəsinin tərkib əlamətinin mövcud olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nın barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2191/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2191/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver