Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2195/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyi Analitik X10 Nəzarət Şöbəsinin mütəxəssisi tərəfindən mənim barəmdə Azərbaycan Respublikasının İXM-nin 210.1- ci maddəsinə nəzərdə tutulmuş İnzibati xətanı törətdiyimə görə, barəmdə MN-1099428 saylı protokola əsasən 5000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilib. xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İ.M-yan DVX-nın Bakı ş, KSİBİnm nümayəndələrinin xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Beauty Studio” adlı gözəllik salonunda keçirdikləri yoxlama zamanı güya lisenziya olmadan özəl tibbi fəaliyyəti (kosmotoloji) ilə məşğul olduğumu aşkar etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayyəndələri 26 avqust 2022-ci il tarixdə mənim fəaliyyət göstərdiyim sözü gedən gözəllik salonuna gələrək lisenziya tələb etdilər və mən onlara bildirdim ki, tibb xidməti ilə məşğul deyildir və yoxlama zamanı onlar tərəfdən hər hansı bir tibbi fəaliyyətlə məşğul olmağı aşkar edilməmişdir. Halbuki, inzibati qərarda həmin obyektin lisenziya olmadan özəli tibb fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Ona heçnə demədən bildirdilər ki, onu barəsində protokol tərtib edirlər və onlar imzalamalıdırlar. Akt tərtib edilmiş və onun xəbəri olmadan imza etmədən protokollaşdırılmışdır. Həmin obyektdi icarəyə götürərək, gözəllik salonu kimi fəaliyyətlə məşğul olmaq üçün kassa aparatında adına keçirmişdir. Sözü gedən tibb xidmətinə aid heç bir fəaliyyəti və xidməti yoxdur. Həmçinin gözəllik salonunda fəaliyyəti xüsusi lisenziyalı fəaliyyət növü deyil. İnzibati orqanın qərarı 10 aprel 2023-cü il tarixdə yaşadığı ünvana məktub gələndən sonra o başa düşmüşdür ki, Səhiyyə Nazirliyi tərəfindən cərimə edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. X1 vəkili X15 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən “Beauty Studio” gözəllik salonunda lisenziya olmadan tibb fəaliyyəti (kosmetoloji) göstərilməsi faktı aşkar edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərrbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X10 Nəzarət şöbəsinin 26 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən “Beauty Studio” gözəllik salonunda plandankənar yoxlama zamanı X5 lisenziyası olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması aşkar edilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 26 avqust 2022-ci il tarixli 432 nömrəli plandankənar aktı ilə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında 756 nömrəli 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən “Beauty studio” gözəllik salonunda təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2022-ci il tarixdə həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Plandankənar Yoxlama haqqında 26 avqust 2022-ci il tarixli 432 nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən “Beauty Studio” gözəllik salonunda plandankənar yoxlama aparan zaman X5 lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması aşkar edilmişdir. X7 izahatında göstərmişdir ki, kosmetoloji xidmətlə məşğul olması ilə əlaqədar xüsusi lisenziyanın tələb olunmasını bilməmişdir. Yaxın zamanlarda lisenziyanın alınması ilə əlaqədar müraciət edəcəkdir. X12 tərəfindən Azərrbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanlanmış 11 avqust 2022-ci il tarixli ərzidən görünür ki, “Beauty Studio” gözəllik salonunda kosmetoloq kimi fəaliyyət göstərən Vüsalə Rzayevanın qızının üz nahiyyəsində apardığı prosedurlardan sonra səhətində problemlər yaranmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Beauty Studio” gözəllik salonunda kosmetoloji fəaliyyətlə məşğul olması faktı aşkar olunmuşdur. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.13.2-ci bəndinə əsasən kosmetoloji işlər lisenziyalaşdırılan işlər siyahısına daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatına əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, X6 məxsus “Beauty Studio” gözəllik salonunda Vüsalə Rzayeva kosmetoloq kimi fəaliyyət göstərir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Naziriyinin 31 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2195/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2195/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver