Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2198/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70-də olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 215.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-17:30-da, xx.xx.2023-cü il tarixdə saat 11:50-də Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70, 1ci mərtəbədə yerləşən Şəxs MMC-yə məxsus stomotoloji klinikada planlı yoxlama zamanı tibb bacısı X2 tibb fəaliyyəti aşkar edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X8 bildirdi ki, MMC-də yoxlama aparılarkən müəyyən edilmşidir ki, həmin tibb müəssisəsində çalışan işçinin, yəni X1 keçmədən tibbi fəaliyyətə cəlb edilmişdir. Ona görə də həmin MMC barəsində protokol tərtib edilmişdir. Həmçinin həmin işçilərin sertifikasiyaya cəlb elətdirmək həmin MMC-nin vəzifəsi olmuşdur. Sertifikasiya vaxtı çatanda həmin işçini təqdim etməliydi ki, sertifikasiyadan keçsin, əks halda həmin işçini fəaliyyətə buraxmamalı idi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X10 protokola etiraz təqdim edərək bildirmişdir ki, AR Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 13-14 aprel 2023-cü il tarixdə Şəxs MMC-də planlı yoxla maparılmışdır. Yoxlama aparılan zamanı tibb bacısı X6 işdə olmamışdır, o hamiləliyə görə sosial məzuniyyətdə olmuşdur. Həmçinin tibb bacısı X6 uzun müddətdir ki məzuniyyətdə olub, bu ilin yanvar ayında məzuniyyəti bitib, 1 alıq adı işdə getmiş, lakin işə çıxmamışdır, bundan sonra xx.xx.2023-cü ildən yenidən hamiləliyə görə muniyyətə çıxmışdır. Yoxlayıcılara bu barədə əmr və tibb bacısı X4 adına verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi” verilsə də, yoxlayıcılar bunu nəzərə almamış və bildirmişlər ki, protokol tərtib edib məhkəməyə göndərəcxəklər, sənədləri məhkəməyə verərlər. Göstərilənlərə əsasən hamilə şəxslərin sertifikasiyadan keçməsi məcburi olmamışdır. Buna görə də inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 345 saylı, 30 mart 2023-cü il tarixli planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərarına əsasən Şəxs MMC, VÖEN **********, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 1-ci mərtəbədə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Aparılan yoxlama nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 232 nömrəli, xx.xx.2023-cü il tarixli Aktı tərtib edilmiş və yoxlama zamanı tibb bacısı X2 tibb fəaliyyəti aşkar edilmişdir. Həmin aktda sazhibkarın izahatı kimi qeyd edilib ki, X1 keçməməsinin səbəbi analıq məzuniyyətində olması ilə əlaqədar olmuşdur. İş materiallarında olan Şəxs MMC üzrə “məzuniyyətə verilməsi barədə” 01 nömrəli, 01 fevral 2023-cü il tarixli əmrə əsasən klinikada “tibb bacısı” vəzifəsində çalışan X5 xx.xx.2023xx.xx.2023-cü iş ili üçün, 126 (yüz iyirmi altı) təqvim günü müddətinə hamiləlik və doğuşa görə ödənişli sosial müavinət təyin edilmişdir və ödənilməsi üçün DSMF-nin müvafiq qurumuna göndərilmişdir. İşə çıxma tarixi 07 iyun 2023-cü il kimi qeyd olunmuşdur. Bundan əlavə iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* seriyalı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən X5 “Doğuma Qədər və X7” (DQ və DSM) diaqnozu qoyulmuşdur. Bununla da o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. Beləliklə sadalananlara əsasən müəyyən edilir ki, hüquqi şəxs X2 tibbi fəaliyyətlə məşğul olmasında təqsirli bilinsə də, o hamilə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.3-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. Beləliklə də həmin Qaydaya əsasən X6 hamilə olduğundan, onun sertifikasiyadan keçməməsinə görə MMC təqsirləndirilə bilməz və inzibati məsuliyyətə cəlb edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2198/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2198/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver