Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-22/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X12 Şöbəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsi (RPİ) X12 Şöbəsi (DYPŞ) 07 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsi (RPİ) X12 Şöbəsi (DYPŞ) 07 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 14 iyun 2023-cü il tarixində ona məxsus şəxsi minik avtomobili ilə hərəkət edərkən Dadaş Bünyadzadə küçəsində X9 hadisəsi baş vermişdir. İşıqforun qırmızı işığında dayandığı zaman qarşı hərəkət zolağına çıxmış 10SF944 Dövlət Qeydiyyat nişanlı qara rəngli “Toyota Prado” avtomobili soldan yaxınlaşaraq onun avtomobilinə vurmuşdur. Nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Beləki sol güzgü sınmışdır. O, olduğu zolaqda düzünə hərəkət etmək istəyəndə digər avtomobil soldan yaxınlaşaraq sağa dönmək üçün manevr edirdi. Protokolda onun “X10” Azərbaycan Respublikasının Qanununu 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə törətdiyim iddia edilən xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazını bildirmiş olsa da şikayətinə baxılmamış, əsaslandırmama heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “İnzibati Xətalar Məcəlləsi” AR Qanununun 327.1-ci maddəsinin tələblərini pozmaqla qarşı hərəkət zolağına çıxmadan manevr etmə yazılmışdır. Protokolda və həmçinin qərarda qəsdi şəkildə Yol Nəqliyyat hadisəsi ona məlum olmayan səbəbdən gizlədilir. Qərar şikayətə baxılmadan 01 iyul tarixində qüvvəyə minmişdir. Həmin qərar xx.xx.2023 tarixində Yasamal Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş və araşdırılması üçün Yasamal rayon DYP-nə göndərilmişdir. Yeni qərar 4 ay sonra baxılıb, xx.xx.2023 tarixində qərar yenidən mənim əleyhinə çıxarılmışdır. Onun etirazı haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, o D.Bünyadzadə küçəsində sol zolaqla hərəkət etmişdir. Sağ zolaq orada parklanma edən digər nəqliyyat vasitələri tərəfindən tutulmuşdur. O da öz növbəsində boş hərəkət zolağı ilə düzünə hərəkət etmək istəyən zaman solda olan avtomobil tərəfindən vurulmuşdur. Polis inspektoru hadisəyə baxan zaman (protokolda da qeyd edildiyi kimi kamera görüntüsü) digər avtomobil sahibinin haqlı olduğunu vurğulamış və onun dönmə tələbini pozmadığını bildirmişdir. Həmçinin yazılan protokolda və ya qərarda baş vermiş Yol Nəqliyyat hadisəsi öz əksini tapmır. Belə olduğu halda o avtomobilə dəymiş ziyanın qarşılanması üçün İcbari Sığortaya müraciət edə bilmir. Lakin “X10” qanunun 42-ci maddəsinə əsasən polis inspektorunun dediyinin əksi olaraq dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Lakin digər nəqliyyat vasitəsi onun soluna keçərək sağa dönmə edərək bu maddənin tələbini pozmuş olur. Bundan başqa ona İXM-nin 327.1-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə maddəsi ilə mənə protokol tərtib olunmuşdur. Burdan da məlum olurki o, əks hərəkət zolağına çıxmamışdır. Əgər o qarşı hərəkət zolağına çıxmamışdırsa demək ki, “Prado” markalı maşınının yarısı onun zolağında, yarısı isə əks hərəkət zolağındadır çünki o özü sol zolaqda olmuşdur və ondan sağda da maşınlar parklanma etmişdi. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsi (RPİ) X12 Şöbəsi (DYPŞ) 07 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsi (RPİ) X12 Şöbəsi (DYPŞ) 07 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X12 Şöbəsinin nümayəndəsi X4 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsi (RPİ) X12 Şöbəsi (DYPŞ) 07 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış X7 14 iyun 2023-cü il tarixdə saat 17:50-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə qayda pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X12 Şöbəsinin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, “Honda İnsight” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq “Toyota Prado” markalı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X10” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsi (RPİ) X12 Şöbəsi (DYPŞ) 07 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-22/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-22/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver