Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-22/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, Bakı şəhəri X12 İdarəsinin (X7) inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarla razı deyil, qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsiri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, idarə etdiyi “Chavralet Cobald” markalı 77YH153 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində (Tri Karonanın yanı) işıqforun qırmızı işığında dayanmışdır. O, dayandığı yol zolağında yol nişanı düz və sağa hərəkəti göstərirdi. Ondan solda dayanmış avtimobillərə isə yol nişanı yalnız düz hərəkət göstərirdi. İşıqforun sarı işığı yanarkən solundan bir neçə avtomobil yol hərəkəti qaydasını pozaraq avtomobilinin qarşı hissəsində sağa döndülər. Yaşıl işıq yanarkən o, qaydaya uyğun olaraq düz hərəkətə başlayıb. Bu zaman qəflətən sol yol zolağından düz hərəkət göstərişinə dair qaydanı pozaraq sağa hərəkət qadağan olmasına baxmayaraq Toyota Prius markalı avtomobil sağa üzərinə hərəkət edərək onun avtomobilini sol qabaq krılo, fara, bufer hissədən vurdu. Avtomobilinə ciddi ziyan dəydi. Hadisə yerinə Bakı şəhər BPİnin DYBİ-nin inspektoru Elbəy Quliyev gəlib. Hadisə yerinə və avtomobillərə baxış keçirib. Lakin, qayda pozan şəxs Toyota Prius markalı avtomobilin sürücüsü olmasına baxmayaraq Elbəy Quliyev qanununun tələblərini kobud formada pozaraq ona protokol yazıb, onu əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirib. Elbəy Quliyevə yol hərəkəti qaydasını pozan şəxsin Toyota Prius markalı avtomoibilin sürücüsü olmasını, yol nişanının göstərişlərini, vurulan avtomobilin onun avbtomobili olmasını bildirməyinə baxmayaraq o, hadisəyə qərəzli münasibət göstərib, ona qanunsuz protokol yazıb. Hesab edir ki, Elbəy Quliyev hadisədə açıq-aşkar görünən təqsirkarı müəyyən edə bilmirsə iş üzrə avtotexniki ekspertiza keçirilməlidir. Müəyyən edilməlidir ki, həmin vaxt onun, yoxsa Toyota Prius markalı avtomobilin sürücüsünün əməlində yol hərəkəti qaydaları haqqında qanunun tələblərinə uyğunsuzluq olub. DYPİ-nin əməkdaşı Elbəy Quliyev hüquqlarını pozub, işə qərəzli yanaşıb, ona qarşı haqsızlıq və qanun pozuntularına yol verib. Bundan başqa, Bakı şəhəri X12 İdarəsinin əməkdaşı X4 barəsində qərar qəbul etməyə səlahiyyəti yoxdur. Elbəy Quliyev barəsində əsassız protokol tərtib edən şəxsdir, inzibati xəta haqqında protokolu tərtib edən şəxslə, həmin protokol üzrə qərar qəbul edən şəxs eyni ola bilməz. Elbəy Quliyev hadisə yerinə gələn, baxış keçirən, əsassız araşdırma aparan və protokol tərtib edən, sonra da həmin əsassız protokol üzrə qərar qəbul edən şəxsdir. Həmçinin, protokol və qərarda E.Quliyevin vəzifəsi göstərilmir, həmin şəxs hansı vəzifədə işləyir, ümumiyyətlə o, Bakı DYPİ-nin əməkdaşıdırını. Onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur, o, hərəkətdə olarkən bir inzibati məsuliyyət yaradan əmələ yol verməmişdir. Onu da qeyd edir ki, DYPİ protokolu və Qərarı ona vermirdi, DİN-nin 102 xidmətinə şikayətindən sonra protokolu və qərarı xx.xx.2024-cü il tarixdə almışdır. Bakı şəhəri X12 İdarəsinin (X7) inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə və barəsində başlanmış inzibati xətaya dair işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 15 noyabr 2024-cü il tarixdə saat 13:43 radələrində “CHEVROLET COBALT LTZ minik” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X12 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X3 idarə etdiyi avtomobillə İXM-nin 327.1-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Ona görə də şikayətçinin həmin yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsində İXM-nin 327.1-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-22/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-22/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver