Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2200/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, institutun əməkdaşı X3 xx.xx.2023-cü il tarixində iş vaxtı ərzində xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barəsində məlumat, direktor vəzifəsi həvalə olunmuş Baş mühəndis-direktorun birinci müavini X7 tərəfindən DƏMX-ə hadisə baş verən gün deyil xx.xx.2023-cü il tarixində verilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliklədə müəyyənləşdirilmiş müddətlər ötürülməklə verilmişdir. Belə ki, inzibati xətaya səbəb olan əməl xx.xx.2023-cü il tarixdə baş verməsinə baxmayaraq bu bərədə inzibati tənbeh vermə qərarı xx.xx.2024-cü il tarixdə baş vermişdir. Bununlada qanunvericilikdə nəzərdə tutulmuş 4 aylıq müddətin keçdiyini bildirmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediləməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 vəkili Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, X8 Xidməti tərəfindən X7 barəsində xx.xx.2024-cü il tarixdə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Şikayətində qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 22 fevral 2024-cü tarixli MN № ******* saylı İnzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsinə əsasən, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar əsaslı və qanunidir. Şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda qeyd olunur ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institunun işçisi X3 xx.xx.2023-cü tarixində iş vaxtı xəsarət alması ilə nətəcələnmiş bədbəxt hadisə barədə məlumatı direktor vəzifəsi həvalə edilmiş X7 tərəfindən DƏMX-ə hadisə baş verən gün deyil xx.xx.2023-cü il tarixdə verildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan X8 Xidmətinin xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə yuxarıda qeyd edilən faktla bağlı X1 Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir; Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Xidmət tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq 4 ay 14 gün sonra yəni xx.xx.2024-cü il tarixli qərarla F.Həsənovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə F.Həsənovun barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Neftqazelmitədqiqatlayihə” institunun direktor vəzifəsi həvalə edilmiş X7 həmin institutun işçisi X3 xx.xx.2023-cü tarixində iş vaxtı xəsarət alması ilə nətəcələnmiş bədbəxt hadisə barədə məlumatı qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə baş verən gün yəni xx.xx.2023-cü tarixində deyil xx.xx.2023-cü il tarixdə verdiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Lakin qərar qəbul edən inizbati orqan öz qərarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə deyil, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qərar qəbul edildiyindən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi AR İXM-nın 53-cü maddəsinin tələblərinə görə istisna olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci məddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 mart 2023-cü il tarixli MN ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsilə müəyyən edilmiş müddət keçdiyindən ləğv olunmalı, X7 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2200/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2200/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver